4 Avqust 2026, Çərşənbə axşamı
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı

Ölkə futbolu

3 klub cərimələndi

AFFA İntizam Komitəsi 3 klubu cərimələyib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının XXI turunda keçirilən “Səbail” - “Qarabağ” (1:2) və “Sabah” - “Turan Tovuz” (1:1) oyunlarında qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

“Səbail”lə görüşdə 4 futbolçusu sarı vərəqə alan “Qarabağ” 700 manat cərimələnib. Qarşılaşmanın 66-cı dəqiqəsində qırmızı vərəqə alan ağdamlıların kapitanı Maksim Medvedevə 1 matçlıq cəza verilib. Bu, “Qarabağ”ın daha 500 manat cərimə olunması ilə nəticələnib.

“Turan Tovuz”la ev oyunundan sonra meydana kənar şəxslərin daxil olması “Sabah”ı 800 manat ziyana salıb. Qonaq komandanın azarkeşlərinin oturduqları sektorda sındırılmış 6 ədəd oturacaqla bağlı stadiona dəymiş zərərin “Turan Tovuz” klubu tərəfindən qarşılanması qərara alınıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31