Ölkə futbolu
Sadıq Sadıqov: “Kim “Neftçi”nin yükünü daşıya bilirsə, başımızın tacıdır”
“Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Basketbol Liqasının 14-cü turu çərçivəsində “Neftçi” son çempion “Sabah”ı bu mövsüm artıq ikinci dəfə məğlub etdi. Təəssüratınız necədir?
- Birinci qələbəmizi hamı təsadüf kimi qiymətləndirdi. Özünüz də gördüz ki, komanda bugünkü oyuna tam motivasiya olmuşdu. Bu cür oyunlara heç motivasiyaya da ehtiyac yoxdur. Hamı bilir ki, “Sabah” avrokuboklarda oynayıb, ölkədə ən güclülərdən biridir. Çempionluğa layiq komandadır. Baş məşqçiləri də yeni gəlib, ikiqat Olimpiya çempionudur. Rimas Kurtinaytis tanınmış mütəxəssisdir. Nə qədər də məşqçi, rəqib güclü olsa da, “Neftçi” öz sözünü dedi. “Neftçi” layiqli qələbəsini qazandı.
- Demək olar ki, son çempiona iki dəfə qalib gələrək “biz də çempionluqda varıq” mesajını verdiz?
- Biz elə ilk gündən çempionluq uğrunda mübarizə aparırıq. Hansı liqada oynamağıma baxmayaraq, belədir. “Neftçi”nin futzal komandası da var, voleybol komandası da, “Qaradağ Lökbatan” da birinci liqadadır. “Neftçi” PFK da var, öz komandamızdır, özgə deyil. Biz hər zaman hər yerdə çempionluğa oynamışıq. Başqa niyyətimiz olmayıb.
- Uzun illər futbolda olduqdan sonra basketboldasınız. Hisslər necədir? Əsəb və gərginlik eynidir?
- İdman elədir ki, əsəb və gərginlik olmasa, bu, idman olmaz. Biz bu gərginlikləri çox görmüşük. Buna uyğunlaşmışıq, streslər bizim üçün adiləşib. Amma doğrudur, hər idman növünün öz stressi var. Hansı komanda ilə oynasaq da, belədir. Rəhbər olaraq, bizim də həm azarkeşlər qarşısında hesabatımız var, həm də idmansevərlər qarşısında. Komandanı meydana çıxarmışıqsa, nəyəsə nail olmalıdır. Nail olmursa, bu komandanı daha nəyə çıxarmışıq?
- Futbolda çempionluqlar və kuboklar qazandınız. Basketbolda da hədəfiniz eynidir?
- Bəli. Həyatda qeyri-real heç nə yoxdur. Əgər komanda əzmkardırsa, nəyəsə nail olmaq istəyirsə, hər bir idmançı özünə riayət etsə, çempionluq qazanmaq olar. Keçən il bizim üçün uğursuz oldu, ilk il idi ki, basketboldaydıq. Keçənilki səhvləri bu il düzəldərək, iki yeni transfer də edərək... Onlar çox yaxşı oynadı. Komanda əzmkar idi. Fikrimiz çempionluq və kuboku qazanmaqdır. Necə “Sabah” Azərbaycanımızı təmsil etdi, biz də avrokuboklarda ölkəmizi layiqincə təmsil etmək istəyirik.
- Futzal, “Qaradağ Lökbatan”, basketbol, voleybol komandası var. Sizin üçün nə dərəcədə çətin və məsuliyyətlidir?
- Çətin deyəndə, işimiz budur. Çətinlik yoxdur. İşimizi planlaşdırmışıq. Planlı şəkildə də işlərimiz gedir. Voleybol komandamız “Azerreyl”lə oynayacaq. Keçən turda da “Xarıbülbül”ü udduq. Ayın 9-da “Qaradağ Lökbatan” “Zaqatala” ilə oynayır. Düzgün idarəçilik var, hərə də öz işini bilir. Kimlərisə də, təyin etmişik, onların da üzərində böyük məsuliyyət var və bu yolda işləyirlər.
- Bəs yenidən “Neftçi” futbol klubunda olmaq istəyiniz varmı, bir ilə, ya 5-10 il sonra?
- “Neftçi” bizim komandadır. “Neftçi”nin adı bizim üçün şərəfdir. Mən “Neftçi”də yetişmişəm, böyümüşəm, orada ad-san qazanmışam. “Neftçi” bizim qürur mənbəyimizdir. Hazırda klubun icraçı direktoru, qardaşımız Fərruxdur. Onunla çoxdandır ki, münasibətimiz var. Bir-iki illik münasibət deyil, onu çoxdan tanıyırıq. Elə bu gün də (söhbət dünən olub - F.A.) onun doğum günü idi, sizin vasitənizlə onu təbrik edirəm. Özüm də təbrik etmişəm. Bugün aşağı-yuxarı elə Fərruxla birlikdəyik. Bizim ürəyimiz bir döyünür. Bu gün Sadıq olmasın, Fərrux olmasın, başqası olsa da belə, kim “Neftçi”yə layiqdirsə, “Neftçi”nin yükünü daşıya bilirsə, başımızın tacıdır.
- “Neftçi”nin durumu çox tənqid edilir. Komandanın hazırkı vəziyyəti necə dəyərləndirirsiz?
- Futbol başqa elmdir. Dərin idman növüdür. Futbolun başqa qayda-qanunu var. “Neftçi”də neçə illər ərzində çox dəyişikliklər oldu. Bəzisi yanlış, bəzisi düz oldu. Yalnış transferlər də oldu. Futbolçunun müqaviləsi varsa, FİFA-nın qaydalarına uyğun hərəkət etməlisən. Məcbursan ya təzminatını verib yola salmalısan, ya da oynatmalısan. “Neftçi” lazımsız transferləri yola salsa, onun üçün uğursuzluq olar. Nəyə görə? Yenidən komandanı formalaşdırmaq, filan. Yəqin ki, mövsümün sonuna qədər gözləmək lazımdır. Maliyyə imkan versə, orada bir çox futbolçular var ki, onları yola salıb, yeni, “Neftçi”nin adına layiq oyunçular transfer etmək lazımdır. Bu haqda Fərrux müəllimlə çox söhbətlər etmişik. Onu da çox yükləmək olmaz. Yeni gəlib. Adrian Mutu ilə bir müddət işlədi. Gördü ki, o deyən mütəxəssis deyil, Miodraq Bojoviç gətirildi. O da təcrübəli məşqçidir. Söhbət baş məşqçinin təcrübəli və ya təcrübəsiz olmasından getmir. Meydanda futbolçu oynayır. Əgər futbolçu bu gün Azərbaycan Premyer Liqasına layiq deyilsə, onu gətirib oynadırıqsa, Bojoviç yox, dünyanın ən güclü məşqçisini gətir qoy “Neftçi”yə heç bir xeyir olmayacaq, heç bir uğur qazanılmayacaq. Odur ki, ilk növbədə transfer məsələlərinə diqqət yetirmək lazımdır. Transferlər qüsur, yanlışlıq olmamalıdır. Əgər yanlışlıq olmasa, komanda öz sözünü deyəcək. “Neftçi”nin o vaxtkı dönəmində Avroliqada “18-liy”i tapıb çıxara bilmirdik. Allah rəhmət etsin, Böyükağa Hacıyev deyirdi ki, skameykam yoxdur. Birinci liqadan oyunçu gətirirdik. Hamısı gözünüzün qarşısında olan hadisələrdir. Gələn ili 16 futbolçunu yola saldıq, hamı dedi ki, “Neftçi” batdı getdi, çətin düzələr. Amma göstərdiyimiz seleksiya işləri elə düzgün quruldu ki... Altı legioner gətirdik, onlar da “Neftçi”nin yükünü daşıdı və komanda Avropa Liqasında qruplara düşdü. İlk ildəcə çempion olduq. Nəzərə alaq ki, Arif Əsədov onda da komandanın üçüncü məşqçisi idi. Onun heç kateqoriyası da yox idi. Amma onu baş məşqçi təyin etdik və uğur da qazandıq. Sonra Böyükağa Hacıyev, sonra Tərlan Əhmədov gəldi. Burada əməyi olan çox insan var, tək Sadıq Sadıqovun ayağına yazılmamalıdır. Biz ailə kimi formalaşmışdıq. Vallah ev-eşik yox idi, elə qalırdıq orada. Komandanın nə dərdi var idisə, rəhbər olaraq bunu həll etməyə çalışırdıq. Bizim, Fərruxun işimiz çıxıb meydanda futbol oynamaq deyil. Bu, futbolçunun işidir. Bizim işimiz ona diqqət və qayğı göstərməkdir ki, onların problem olmasın. Məişət, ailə, bir çox problemlər olur ki, istəyirik qarşısını tez alaq və futbolçu sabah rahat oynasın. İntizam qaydaları var idi ki, onu həyata keçirirdik. Oyunöncəsi elə işlər qurulurdu ki, futbolçu tam gələn oyuna motivasiya olsun. Biz hər oyunu önəmli sayırdıq. Bütün matçları eyni məsuliyyətlə yanaşırdıq ki, biz çempion olmaq istəyiriksə, bu şəkildə komanda ilə rəftar etməliyik. “Neftçi”də gedən prosesləri izləyirəm, maraqlanıram. Hərdən bir Fərrux müəllimlə oturub müzakirələr də aparırıq. İnanıram ki, “Neftçi” bu mövsüm kuboka sahib ola bilər. “Qarabağ”la liqada xal fərqi çoxdur, onlara çatmaq çox çətindir. Onlar oturuşmuş komandadır, illərdir ki, avrokuboklarda qruplardadır. “Qarabağ”ı bugünkü gündə saxlamaq “Neftçi” üçün çox çətin olar. Amma kubokda “Neftçi”nin şansı var. “Qarabağ”da isə iki cəbhədə oynamaq çox çətindir. “Neftçi” yeni baş məşqçi ilə kuboka nail olub, avrokuboklarda ölkəni təmsil edə bilər.
- Daha əvvəl “Qaradağ Lökbatan” çempion olsa da, lisenziya məsələlərinə görə Premyer Liqaya buraxılmamışdı. Hazırda vəziyyət necədir, komandanın Premyer Liqaya gəlmək şansı nə qədərdir və Sadıq Sadıqovu yenidən futbolda rəhbər kimi görə biləcəyik?
- Keçən ilə qədər AFFA-da futbolun inkişafına görə bəzi güzəştlər olurdu ki, futbolçular çöldə qalmasın, inkişaf etsin, filan. Bu güzəştlər var idi. Amma bu il onlar yoxdur. Bizim də bir az sənədləşmə problem var idi. AFFA ilə birlikdə lisenziya sənədlərini hazırlayırıq ki, “Qaradağ Lökbatan” birinci yerə çıxsa, özü lisenziya almış klub kimi iştirak edə bilsin. Hüquqi sənədlər hazırlanırr. Yəqin ki, bir aya kimi qaydasına düşəcək.
Fərəc ASLANOV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- “Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ” elə intensiv futbol oynadı ki...”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- Çexiya klubu “Turan Tovuz”un aqibətini yaşadı, “Qarabağ”ın yolu asanlaşdı
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
- "Neftçi"dən böyük hesablı qələbə
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sloveniyalı müdafiəçi ilə maraqlanır?
- “Qarabağ”dan bu yayın 7-ci transferi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- Tahir Gözel: “Bu, Qurban hocanın da arzusu idi, amma alınmırdı...”
-
15:32
"Neftçi SOCAR" 1/4 finala yüksəlib
-
15:10
Rövlan Muradov: “Rəhbərlik də, məşqçilər korpusu da bizə inanır”
-
14:45
Dünya çempionatı: Azərbaycan sablyaçıları 28 komanda arasında 13-cü olub
-
14:24
4 güləşçimiz Türkiyədə medal qazanıb
-
13:57
AFFA Frank De Bleker ilə vidalaşdı
-
12:36
PSJ-dən növbəti transfer
-
11:49
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:23
"Barselona" - "Birmingem" matçında 4 qol VİDEO
-
10:51
"Arsenal"dan 90 milyonluq transfer
-
10:34
Son 1 ildə geriləyən futbolumuz - YAZI
-
10:12
"Yuventus" "Nitsa"nı məğlub etdi VİDEO
-
09:45
Anatoli Nuriyevin komandası liderliyə yüksəldi
-
23:43
Cavid Hüseynov: “Komanda hələ ki, 60 dəqiqə oynamağa hazırdır”
-
22:37
Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının III turu başa çatıb
-
22:08
“Səbail”in sabiq legioneri “Şamaxı”da
-
21:54
Füzuli Məmmədovun komandasından növbəti darmadağın
-
21:15
“Qəbələ” qələbəni əldən verdi
-
20:21
"Araz-Naxçıvan" "Şəfa"ya uduzdu
-
19:42
"Turan Tovuz" qələbə qazandı
-
18:39
“Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
-
18:00
Neymarın büstü qoyulub
-
17:16
Marko Yankoviç: “Kədərlənməyə vaxtımız yoxdur”
-
16:53
Üzgüçülük Federasiyasında yeniyetmə idmançılarla görüş keçirilib
-
16:27
PFL rəsmisi “APL Fantasy”dən danışdı
-
15:44
“Qarabağ”ın “Dinamo” ilə cavab oyununun da hakimləri açıqlandı
-
14:35
Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb
-
14:11
“Qarabağ”ın Kiyev “Dinamo”su ilə səfər matçının yeri və hakimləri bilindi
-
13:52
"Orhus" - "Sabah" oyununun hakimləri açıqlandı
-
13:29
Voleybol millimiz Yunanıstanla yoxlama oyununda qələbə qazanıb
-
12:46
Ayxan Hüseynov: “Turan Tovuz” həmişə ürəyimdədir”
-
12:33
"Vugar Gashimov Open 2026" beynəlxalq şahmat turnirinin qalibləri məlum olub
-
12:17
Polşalı ekspert Bakıda gənc boks məşqçiləri üçün təlim keçəcək
-
12:00
Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
-
11:24
"Milan"ın əfsanəsi vəfat etdi
-
10:55
Eren Aydın: “Mübarizəni dayandırmağa layiq deyildik”
-
10:41
“Qarabağ” “Dinamo”nu keçsə, pley-offdakı mümkün rəqiblər məlumdur
-
10:18
ÇSKA-nın baş məşqçisi: “İnsanlar nə qədər böyük komandaya qalib gəldiyimizi anlayır?”
-
10:02
"Zirə"dən gözlənilməz heç-heçə VİDEO
-
09:39
Mahirli "Rakuv" növbəti mərhələdə
-
09:26
"Neftçi"nin gücü 1 qola çatdı VİDEO
-
09:13
Qurban Qurbanov: “120 dəqiqəlik oyuna hələ tam hazır deyilik”
-
09:00
Murad Məmmədov debüt etdi, komandası mərhələ adladı
-
00:47
“Qarabağ” penaltilərdə məğlub oldu
-
23:09
“Paide”nin baş məşqçisi: “Bu, bizim üçün yeni tarixdir”
-
22:54
“Neftçi” qələbə qazansa da...
-
22:43
Rəşad Sadıqov: “Mərhələni keçməyə layiq tərəf biz idik”
-
21:52
"Zirə" avrokuboklarla vidalaşdı
-
21:18
ÇSKA - "Qarabağ": Heyətlər bilindi
-
20:45
“Sumqayıt” “Şamaxı”ya qalib gəldi
-
20:00
"Dinamo" - "Neftçi": Heyətlər müəyyənləşdi
01.08.2026
31.07.2026
30.07.2026
Arxiv
| Avqust 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | 02 | |||||
| 03 | 04 | 05 | 06 | 07 | 08 | 09 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |
























