Ölkə futbolu
Riad Rəfiyev: “Bu, elə gözəl duyğudur ki, nə xərc gözə görünür, nə də başqa bir şey”
“Sumqayıt”ın prezidenti Riad Rəfiyevin müsahibəsi
- Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra ilk matç keçirildi. Arena ilə bağlı təəssüratlarınız necədir?
- Əvvəlcə mütləq onu qeyd etməliyəm ki, matç vaxtı stadionda çox möhtəşəm atmosfer var idi. Komanda 10 il sonra yenidən doğma evinə qayıtdı. Öz adımdan həm stadionu dolduran azarkeşlərə, həm də arenanın tikilməsində əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm. Artıq bizim fanatlarımız da ev oyunlarımızı daha müasir, geniş, gözəl panoraması, demək olar ki, hər sektordan meydanı əla görən oturacaqları olan stadiondan rahatlıqla izləyə biləcəklər. Arena 9 minə yaxın azarkeş tutumuna malikdir. Bütün fanatlarımızı dəvət edirik, hər matçda tribunaları doldurmalarını istəyirik.
- "Sumqayıt" Premyer Liqanın XXI turunda, yeni arenada "Neftçi"ni 2:1 hesabı ilə üstələdi. Ab-havanın yaxşı mənada komandaya təsir etdiyini deyə bilərik?
- "Neftçi"yə daha əvvəl də qalib gəlmişdik. Həm də rəqib meydanında. Onda da komandamız yaxşı oynamışdı. Ümumiyyətlə, bu görüşdən əvvəl "Sumqayıt" üçüncü, "Neftçi" isə ikinci pillədə yer almışdı. Yəni, demək istədiyim odur ki, bu qələbə təsadüfi və ya 1 oyunluq partlayış deyil. Bu potensial komandamızda var. Amma məhz açılış matçındakı əla çıxış və qazanılan qələbədə stadionu dolduran və bu atmosferi yaradan azarkeşlərimiz böyük pay sahibi oldular. Bunu matçdan sonra komandamızın baş məşqçisi Samir Abasov da vurğuladı. O da qeyd etdi ki, azarkeşlər oyun ritminin düşməsinə imkan vermədilər və onsuz da yüksək motivasiya ilə meydana çıxan futbolçuları bir az da həvəsləndirdilər. Ümid edirik ki, növbəti qarşılaşmalarda da bu ab-hava təkrarlanacaq.
- Mərkəzi arenada Premyer Liqa oyunlarının keçirilməsi üçün bir sıra çatışmazlıqlar var idi. Onları həll etmək üçün çox xərc tələb olundu?
- Səmimiyyətimə inanın. Möhtəşəm tədbir baş tutdu, açılış etdik, komandamız qələbə qazandı, o qədər yorğunluğun, stressin qarşılığında bu elə gözəl duyğudur ki, nə xərc gözə görünür, nə də başqa bir şey. Amma ümumiyyətlə, mövzuya fərqli yanaşmağın tərəfdarıyam. Stadionla bağlı danışarkən görülən işlər haqqında "çatışmazlıq" sözünü deməzdim. Sadəcə, Premyer Liqanın kriteriyalarına uyğun bəzi dəyişikliklər və əlavələr olundu. Bunları özümüz, komandamız üçün edirik. Bacardığımız qədər işləri tez yekunlaşdırıb oyunlarımızı daha tez bu arenada keçirmək istəyirdik deyə, zaman məsələsində bəlkə də hardasa sıxıntı yaşadıq. Amma artıq bunların hamısı arxada qalıb. Fakt odur ki, bizim Premyer Liqa tələblərinə cavab verən, böyük tutuma malik müasir stadionumuz var.
- Azərbaycan Kubokunun ilk görüşündə "Kapital Bank Arena"da "Neftçi"yə 2:3 hesabı ilə uduzdunuz. Həmin matçı da burada keçirmək mümkün olsaydı, fərqli nəticə qeydə alına bilərdi?
- Az əvvəl qeyd etdiyim kimi, mümkün olan ən qısa zamanda doğma arenamıza qayıtmaq istəyirdik. Kubok matçını çatdıra bilmədik, ondan üç gün sonrakı Premyer Liqa oyununa çatdıq. Bəlkə də fərqli nəticə olardı.
- Fevralın 9-da gerçəkləşəcək cavab qarşılaşmasından gözləntiləriniz nədir?
- Ümidimizi üzməmişik. Cavab görüşü üçün yaxşı motivasiyamız var. Həmişəki kimi, komandadan qələbə gözləyirik. Bunun üçün mümkün olan her şeyi edəcəyik. Komandama və baş məşqçimizə inanıram, futbolçular da özlərinə inanırlar.
- Artıq çempionatda ikinci pillədə qərarlaşmısınız. Sizcə, komanda mövsümü medalçılar sırasında bitərə biləcək?
- Hamımız bunu istəyirik. Klubun prezidenti olaraq mən də, Müşahidə Şurasının rəhbərliyi və üzvləri, komandamızın baş məşqçisindən tutmuş futbolçulara, inzibati heyətdən ofis işçilərinə qədər, "Sumqayıt" Futbol Klubuna aid olan kim varsa, hamı bunu arzulayır, bu xüsusda əlbirliyi ilə fəaliyyət göstəririk. Azarkeşlərimiz də bu yolda ən böyük təkanverici qüvvəmizdir. Bu şəhər belə bir nailiyyətə, uğura layiqdir. Biz də bunun üçün çalışırıq. Mövsümün sonunda necə olacağını birlikdə görəcəyik.
Mənbə: Report.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
03.11.2026
02.11.2026
























