9 Iyun 2026, Çərşənbə axşamı
U-20 yığmamız Pakistana qalib gəldi
U-17 millimiz Qazaxıstana uduzdu
Minifutbol millimizin zəfər turu
"Zirə" Tiaqo Silva ilə yolları ayırdı

Ölkə futbolu

"Neftçi" "Sumqayıt"la oyuna itkilərlə çıxacaq

"Neftçi"nin futbolçusu Azər Salahlı cəzalı duruma düşüb.

Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, buna səbəb 29 yaşlı müdafiəçinin Azərbaycan Premyer Liqasının 20-ci turunda "Sabah"la görüşdə sarı vərəqə ilə cəzalandırılmasıdır. O, 21-ci turda "Sumqayıt"la görüşü buraxacaq.

Qolkiper İvan Brkiç, hücumçu Kilian Lebon və yarımmüdafiəçi Ataa Caaberin isə "Sumqayıt"la matçda iştirak etməyəcəyi bəlli idi. Zədəli olan Brkiç müalicə prosesini davam etdirir. Bir müddətdir zədədən əziyyət çəkən Kilan Lebon hələ də fərdi olaraq hazırlaşır.

Asiya kobokunda Fələstin milli komandası ilə çıxışını başa vuran Ataa Caber müalicə olunur.

Qeyd edək ki, sabah keçiriləcək “Sumqayıt” - “Neftçi” oyunu saat 15:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30