4 Avqust 2026, Çərşənbə axşamı
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq

Ölkə futbolu

AFFA 4 klubu cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az saytının məklumatına görə, Azərbaycan Premyer Liqasının XX turunun “Kəpəz” - “Qarabağ” oyununda 5 futbolçusu sarı vərəqə aldığına görə Gəncə klubu 700 manat cərimə edilib.

Azərbaycan Premyer Liqasının XX turunun “Zirə” - “Sabah” oyununun 44-cü dəqiqəsində qonaq komandanın 4 nömrəli futbolçusu Elvin Camalov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Sabah” klubu 500 manat cərimə edilir.

Azərbaycan Premyer Liqasının XX turunun “Neftçi” - “Qəbələ” oyununda 5 futbolçusu sarı vərəqə aldığına görə qonaq komanda 700 manat cərimə edilib.

Oyunun 59-cu dəqiqəsində “Qəbələ” klubunun 3 nömrəli futbolçusu Zurab Oçiqava rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qəbələ” klubu 800 manat cərimə edilib.

30.01.2024-cü il tarixində Azərbaycan Kubokunda 1/4 final mərhələsinin “Sabah” - “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilib.

31.01.2024-cü il tarixində Azərbaycan Kubokunda 1/4 final mərhələsinin “Araz-Naxçıvan” - “Qəbələ” oyununun 75-ci dəqiqəsində “Qəbələ” klubunun 4 nömrəli futbolçusu Lukas Afriko ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, “Qəbələ” klubu 1500 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

31.01.2024-cü il tarixində Azərbaycan Kubokunda 1/4 final mərhələsinin “Sumqayıt” - “Neftçi” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31