Ölkə futbolu
Abbas İbrahim: “Hakim səhvləri bizi daha da güclü edir”
“Zirə”nin yarımmüdafiəçisi Abbas İbrahimin Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Səbail” üzərində 2:1 hesablı qələbə qazandınız. Görüşlə bağlı nə deyə bilərsiniz?
- Yaxşı oyun yaxşı keçdi. İlk dəqiqələrindən oyuna nəzarət etməyə çalışırdıq. İlk hissədə istəyimizə çata bilməsək də, fasilədən sonra ardıcıl 2 dəfə fərqləndik. Son dəqiqələr bizim üçün çox çətin keçdi. Bu da başadüşüləndir. Yorğunluq öz sözünü deyirdi. Yekunda qalib gəldik və ən əsas budur.
- İlk matçdakı qələbədən sonra cavab oyunu öncəsi şansları necə dəyərləndirirsiniz?
- İkinci matç da bizim üçün çox çətin keçəcək. Amma növbəti mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik. Cavab görüşünə çox ciddi hazırlaşmalıyıq. Çünki hələ heç nə həll olunmayıb.
- “Səbail”lə matçda meydanda ən yaxşılar idiniz. Çıxışınızdan razı qaldınız?
- Tək mən yox, komanda yoldaşlarım da əllərindən gələni etməyə çalışırdılar. Hər gün daha da artırmaq, inkişaf etmək üçün çalışırıq. Baş məşqçinin təlimatlarını mümkün qədər səhvsiz yerinə yetirəndə bu, özünü nəticədə göstərir.
- Hakimlərin “Zirə”nin oyunlarında səhvlərlə yadda qalmaları sizə necə təsir edir?
- Hakimliklə bağlı baş məşqçimiz lazım olanları deyib. Bizə bu barədə danışmaq düşməz. Təbii ki, müəyyən səhvlər olur. Bu cür hallar bizi daha da gücləndirir, daha çox inkişaf etməyə məcbur edir.
- “Səbail”lə oyundan öncə klubun idarə heyətinin sədri Orxan Məmmədov da məşqinizdə iştirak etdi. Sizinlə görüşdə o, nələr söylədi?
- Təbii ki, onu həmişə məşqlərimizdə görməkdən məmnunuq. Bu, bizim üçün əlavə motivasiya olur. Orxan Məmmədov məşqimizdə görəndə uşaqlarla bir-birimizə dedik ki, prezident buradadır və bu, bizi “Səbail”lə matça yaxşı motivasiya etdi.
- Ölkə kubokunun qalibi kimi Avropa Liqasına yollanmaq və ya çempionatdan Konfrans Liqasına vəsiqə qazanmaq. Ürəyə hansı daha çox xoş gəlir?
- Ölkə çempionatı da, kubok da bizim üçün çox vacibdir. Amma öz fikrimi deyəcəm, şəxsən məndən olsaydı, birbaşa Avropa Liqasına yollanmaq daha məqsədəuyğun olardı.
- Portuqaliyada “Pakoş de Ferreyra” və “Aruka”da oynadığınız üçün “Braqa”nı yaxşı tanıyırsınız. Bu baxımdan “Qarabağ”ın “Braqa” önündə şansını necə dəyərləndirirsiniz?
- Portuqaliya çempionatında olduğum dönəmdə “Braqa”ya qarşı 5-6 oyun keçirmişəm. Bu, çox ağıllı futbolçulardan təşkil olunmuş komandadır. Orada tanıdığım oyunçular da var. “Qarabağ”a qarşı da oynamışam. Onu deyə bilərəm ki, olduqca maraqlı iki görüşə tamaşa edəcəyik. Məncə, “Qarabağ” “Braqa” önündə azarkeşlərini sevindirə bilər.
- Belə başa düşdük ki, “Qarabağ” “Braqa”nı keçsə, bu, sizin üçün sürpriz olmayacaq?
- “Qarabağ”dakı futbolçular uzun müddətdir ki, biryerdə çıxış edirlər. Onlar meydanda çox gözəl anlaşırlar. “Bayer”lə Bakıdakı matçda da “Qarabağ” çox gözəl çıxış etdi. Həmin oyunu nəzərə alsaq, “Braqa”ya qarşı da eyni performansı göstərmək heç də təəccüblü olmayacaq.
Fərəc ASLANOV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
03.11.2026
02.11.2026
























