4 Avqust 2026, Çərşənbə axşamı
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq

Ölkə futbolu

“Təbii fəlakət baş verirsə, burada heç kimi qınamaq olmaz”

"Bu, təbii hadisədir. Təbii fəlakət baş verirsə, burada heç kimi qınamaq olmaz”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Turan Tovuz”u kapitanı Şəhriyar Əliyev Azərbaycan Premyer Liqasının son turunda “Araz-Naxçıvan”a qarşı oyunda işıq dirəyinin aşmasına görə klub rəhbərliyinin qınanmasına münasibət bildirərkən deyib.

O, tənqidi fikirlərlə razılaşmadığını bildirib: “Heç kim heç nədən sığortalanmayıb. Tənqid edənlər düz hərəkət etmir. Rəhbərliyin futbola sevgisi, futbolçulara dəstəyi var. Tovuzda futbolun inkişafı üçün əlindən gələni, hətta artığını edirlər. Düşünürəm ki, burada rəhbərliyi qınamaq doğru addım olmaz. Onlar Azərbaycan futbolu üçün çalışırlar”.

Azad NURİYEV

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31