Ölkə futbolu
Marko Veşoviç: “Bu 3 xal üzümüzü güldürür”
“İlin son matçı olsa da, olduqca ağır keçdi. "Zirə"nin bizə qarşı belə oynayacağını bilirdik”.
Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qarabağ”ın müdafiəçisi Marko Veşoviç Azərbaycan Premyer Liqasının XVIII turunda “Zirə”yə 1:0 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.
Monteneqrolu futbolçu qoldan sonra daha rahat oynadıqlarını bildirib: “Rəqib oyun ərzində çox aqressiv oynadı. Bizə qarşı iki müdafiə bloku qurmuşdular. Matç ərzində bu müdafiəni yarmaq üçün fürsətlər axtardıq. Hesabı vaxtında aça bildik. Bu qoldan sonra hər şey bizim üçün daha rahat keçdi. "Zirə" ikinci hissədə də hücumlarını davam etdirdi. Olduqca təhlükəli vəziyyətlər yarada bildilər. Bu 3 xal bizim üçün vacib idi və onu əldə edə bilməyimiz üzümüzü güldürür. Hazırda ikinci yerlə xal fərqimiz daha da böyüdü”.
Veşoviç qış fasiləsinə 12 xallıq fərqlə yollanmalarına belə münasibət bildirib: “Bu nəticəni qazanmaq üçün hər oyunda bacarığımızın ən yaxşısını ortaya qoyurduq. Düşünürəm ki, bu mövsüm çox gözəl performans göstəririk. Həm Premyer Liqada, Azərbaycan Kubokunda, həm də avrokuboklarda. Hər üç cəbhədə bu cür sabit çıxış etmək heç də asan deyil. Ona görə qazandığımız nəticələr bizi sevindirir. Yaxşı bir istirahətə layiqik”.
32 yaşlı müdafiəçi qış fasiləsinin bir o qədər də uzun olmadığını vurğulayıb: “Yanvarın 5-dən etibarən yenidən qızğın hazırlıqlara başlayacağıq. Əminik ki, bizi "Braqa"ya qarşı 2 maraqlı matç gözləyir. Bu matçlarda maksimum performans göstərmək üçün olduqca yaxşı hazırlaşacağıq”.
Marko Veşoviç Xankəndində MOİK-ə qarşı keçirdikləri tarixi oyundan da bəhs edib: “Həmin matç tarixi əhəmiyyət daşıyırdı. MOİK-lə görüşün xalq, ölkə üçün hansı mahiyyətə malik olduğunu bilirəm. Xankəndində qələbə qazanmaq da çox xoş idi. Həmin gün stadionda inanılmaz atmosfer var idi. Oradan ən xoş təəssüratlarla qayıtdım”.
Azad NURİYEV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
03.11.2026
02.11.2026
























