31 Oktyabr 2026, Şənbə
Kurban Berdıyevdan qələbə şərhi
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

“Yurqorden” azarkeşləri Musa Qurbanlının çıxışına qiymət veriblər

İsveçin “Yurqorden” klubunun azarkeşləri Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının komandadakı çıxışına qiymət veriblər.
 
Futbolxeber.az-ın “svenskafans.com” saytına istinadən verdiyi məlumata görə, sorğu zamanı həm 21 yaşlı forvard, həm də Stokholm təmsilçisinin digər hücumameyilli oyunçuları qiymətləndirilib.
 
Sorğu 2023-cü il ərzində “Yurqorden”in formasını geyinmiş 15 ön xətt oyunçusu arasında aparılıb. Həmin futbolçuların bəziləri yayda komandanı tərk ediblər. Hazırda “Yurqorden”də çıxış edənlər arasında ən zəif hücumameyilli futbolçu isə məhz Musa Qurbanlı olub. Onun komandadakı çıxışı 1 bala, yəni ən aşağı qiymətə layiq görülüb.
 
Qeyd edək ki, yay fasiləsində “Qarabağ”dan “Yurqorden”ə keçən Musa Qurbanlı İsveç klubunun heyətində keçirdiyi 17 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31