Ölkə futbolu
Azər Bağırov: "Bu, istədiyim "Araz-Naxçıvan" deyil"
"Rəqibi təbrik edirəm. Yaxşı, vacib qələbə qazandılar. Biz də ümumi götürəndə "Qarabağ"la matçdan sonra istədiyimiz oyunu tapa bilmirik. Epizodlarla nəsə edirik. Ancaq bu, hələ istədiyim "Araz-Naxçıvan" deyil".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 13-cü turunda "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, komandasında arxayınlıq olmadığını bildirib: "Əksinə, biz dünən oyunun analizində onlara deyirdik ki, "Kəpəz" hücumda çox yaxşıdır, kəsərli hücumları var. Necə sığortalanmaq barədə danışmışdıq. Sadəcə, bizim səhvimiz başqa yerdə idi. Hücuma keçid fazasında böyük problemlərimiz var. Amma ümumilikdə biz elə komandayıq ki, qol vurmayanda daha çətin olur. Qol vurmaq lazımdır. Epizodlar var, sadəcə istədiyimizi edə bilmirik".
Mütəxəssis futbolçusu Miça Kuzmanoviçin son oyunlarda zəif çıxış etməsinə toxunub: "Razıyam, düşüş var. Fərdi söhbətdə ona demişəm. Beş tur yaxşı oynadı, daha sonra demək olar ki, çox eniş var. İstəyir ki, nəsə etsin. Sadəcə rəqiblərin onu yaxşı analiz etməsinə görə, kreativliyi artırmalıdır. Nuno Rodriqes daha yaxşı görünür. İlk turlarda daha zəif təsir bağışlayırdı. Bəlkə də rotasiyalar etməliyik".
O, "Araz-Naxçıvan"ın mövsümün əvvəlində hazırlıq keçməməsinin komandanın nəticələrinə təsir etmədiyini deyib: "Deməzdim. Futbolda belə hallar olur. "Qarabağ"a qarşı yaxşı oynadıq, sonra "Sumqayıt"a məğlubiyyət. Bu gün qol epizodlarımız var, sadəcə reallaşdıra bilmirik. Biz elə komandayıq ki, epizodları vurmalıyıq. Vurmayanda problemlərimiz olur. O da bu gün görünür".
A.Bağırov start heyətində Elvis Maşikeyə deyil, Orxan Əliyevə şans verməsinin səbəbini belə izah edib: “Əlimdə hücumçu olsa, yerli oynadaram. Yerli futbolçu çatışmazlığımız var".
Mütəxəssis futbolçularının "Qarabağ" üzərində qələbənin ab-havasında qalmadıqlarını bildirib: "Elə bir şey yoxdur. Futbolçularla təmasdayıq. "Qarabağ"la matç haqda bir kəlmə də danışmırıq. Önümüzə baxırıq. Bir epizodu vurmayıb başını tutmaq mənim üçün acizlikdir. İrəliyə baxmaq lazımdır".
Sonda o, Azər Salahlının "Araz-Naxçıvan"a keçib-keçməyəcəyi haqda suala cavab verib: "Yerli futbolçu bizə lazımdır. Amma qışa yaxın baxacağıq ki, hansı mövqeyə oyunçu gətirəcəyik. Azərin də "Neftçi" ilə müqaviləsi var. Futbolçunun işi varsa, onunla kontakta girmək bizlik deyil".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Canninin gəlişindən sıxılan canlar
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- “Neftçi”nin yarımmüdafiəçisi oynadı, komandası qalib gəldi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- “Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar
- İspaniya - Xorvatiya matçında 5 qol
- İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi
- Fərrux Hüseynzadəyə beynəlxalq təyinat
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
-
09:00
"Turan" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
21:39
Stoiçkov Bakıda 120-dən çox uşağın iştirak etdiyi futbol festivalına qatıldı
-
20:52
Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb
-
20:31
Millimiz Vyetnama məğlub oldu
-
19:00
Balabəy Ağayev Əbu-Dabidə qızıl medal qazanıb
-
18:43
Könül Əliyevadan "Böyük Dəbilqə"də tarixi nəticə
-
18:25
“Neftçi” "Şamaxı" ilə oyunun hazırlığını davam etdirir
-
17:16
1/8 finalın bütün cütləri bilindi
-
16:54
Azərbaycan kubokunda II mərhələyə yekun vuruldu
-
16:37
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib
-
16:08
Xristo Stoiçkov Bakıda
-
15:25
Azərbaycan millisi Asiya Kubokunda qızıl medal qazanıb
-
14:42
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
-
14:19
Dünya çempionatı: üç güləşçimiz uduzdu
-
13:51
Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
-
13:00
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
-
12:43
"Yuventus" səfərdə xalsız qaldı VİDEO
-
12:28
X turun hakim təyinatları açıqlandı
-
11:56
Azərbaycanlı gənc futbolçu İspaniya klubunda
-
11:34
"Napoli"dən 4 qollu qələbə VİDEO
-
11:17
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Yaxşı mənada təəccübləndirdilər”
-
10:45
"İnter" sonda sevindi VİDEO
-
10:22
Bədavi Hüseynov: “Neftçi” ilə oyunda qazanılan xal qızıla bərabərdir”
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bilindi
-
21:34
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
-
21:22
Rəşad Sadiqov: “Bu cür mübarizə aparmaq özü böyük nailiyyətdir”
-
21:07
Azərbaycan kuboku: Daha 5 komanda 1/8 fnalda
-
20:56
Famil Xəlilov: “Bu futbolçulara inanmaq lazımdır”
-
19:29
Millimiz Cəbəllütariqə qalib gəldi
-
19:15
Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyununda uduzdu
-
18:00
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
-
17:43
“Qarabağ” “Dinamo”ya uduzdu
-
17:28
Dakar-2026-da Azərbaycanın bayraqdarları onlar olacaq
-
17:14
“Birbaşa Bakı”nın məqsədi təkcə titulu geri qaytarmaq yox, həm də hələ də ən güclü olduğunu sübut etməkdir”
-
16:57
10 komandaya texniki məğlubiyyət verildi
30.10.2026
29.10.2026
28.10.2026
























