28 Iyul 2026, Çərşənbə axşamı
"Turan Tovuz"dan heç-heçə
"Qarabağ" azarkeşlərinə şad xəbər
"Sumqayıt" "Kəpəz"lə bərabərə qaldı
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi

Ölkə futbolu

MOİK üçün yubiley qələbəsi

I Liqanın 5-ci turu MOİK üçün əlamətdar olub.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, səfərdə “Karvan”a 3 cavabsız qolla qalib gələn Bakı klubu mövsümdə 3-cü qələbəsini qazanıb. Bu, klubun tarixində yubiley uğuru olub.

Paytaxt təmsilçisi müstəqillik illərində 300-cü qələbəsini qazanıb. 1992-ci ildən Azərbaycan çempionatı və kubokunda iştirak edən “hərbçilər” buna 849-cu oyununda nail olub.

Əvvəl OİK, sonradan MOİK adlanan komanda Premyer Liqada (əvvəl güclülər dəstəsi) 66, 1-ci liqada (əvvəl birinci dəstə və birinci divizion) 217, ölkə kubokunda 17 dəfə qalib gəlib.

MOİK Azərbaycan futbolu tarixinə müstəqillik illərində 300 və daha çox qələbə qazanan 5-ci komanda kimi düşüb. Yalnız “Qarabağ”, “Neftçi”, “Kəpəz” və “Şamaxı” daha çox oyunda qələbə qazanıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31