4 Avqust 2026, Çərşənbə axşamı
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq

Ölkə futbolu

Mutu: “İstədiklərimi onlardan ala bildim”

"Neftçi"nin baş məşqçisi Adrian Mutu komandasının Qəbələdəki təlim-məşq toplanışını dəyərləndirib.

Futbolxeber.az saytının məlumatına görə, rumıniyalı mütəxəssis klubun televiziyasına açıqlamasında hazırlıqdan razı qaldığını bildirib:

"Burdakı yaxşı şəraitə, meydançalara görə məhz Qəbələni seçməli olduq. Qarşımızda iki məqsəd var idi: həm fiziki, həm də taktiki cəhətdən işləməli idik. Düşünürəm ki, bu 5 gün ərzində oyunçular tapşırıqlarımı yerinə yetirə bildilər və istədiklərimi onlardan ala bildim. İntensiv məşqlər olurdu. Gündə iki dəfə məşq edirdik. Komanda çox yaxşı hazırlaşdı".

Qeyd edək ki, "Neftçi"nin Azərbaycan Premyer Liqasında növbəti oyunu səfərdə "Araz-Naxçıvan"a qarşı olacaq. Sentyabrın 16-da keçiriləcək 6-cı turun oyunu saat 18:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31