2 Avqust 2026, Bazar günü
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu

Ölkə futbolu

"Neftçi"də nigeriyalı hücumçu

“Neftçi”nin Aaron Samuel Olanareni transfer edib.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, nigeriyalı hücumçu ilə 1 illik müqavilə bağlanıb. 29 yaşlı futbolçu paytaxt təmsilçisinin heyətində 25 nömrəli formanı geyinəcək.

Aaron Olanare Nigeriyanın “Şutinq Stars” (2010-2011), “Dolfin” (2011-2012), “Volerenqa” (2012-2013), Norveçin “Sarpsborq” (2013-2014), Çinin “Quanço Siti” (2014-2017), “Siçuan Lonqfor” (2019), “Çanqçun Yatay” (2020), Rusiyanın ÇSKA (2016-2018), “Amkar” (2017-2018), İsrailin “Beytar Yerusəlim” (2018-2019) və Türkiyənin “Erzurumspor” (2021-2023) klublarında çıxış edib. Nigeriya milli komandasının heyətində 7 oyun keçirib, 2 qol vurub. 2015/16 mövsümündə ÇSKA ilə Rusiya çempionu olub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl Azərbaycan millisinin üzvləri - qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri - braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, təcrübəli dayaq yarımmüdafiəçisi Qara Qarayev, sağ cinah müdafiəçisi Ervin Koffi və sol vinger Andre Şinyaşiki ilə anlaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31