6 Sentyabr 2026, Bazar günü
"Neftçi” liderliyə yüksəldi
"Qəbələ" və "Şamaxı"dan qələbə
Əfran İsmayılovun israfçılığı...
"Zirə"dən növbəti transfer

Ölkə futbolu

Azərbaycan Premyer Liqasında son 6 mövsümün ən məhsuldar startı

Azərbaycan Premyer Liqasının 2023/24 mövsümü məhsuldar başlayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, çempionatın I turunun 5 oyununda 15 qol qeydə alınıb.
 
“Səbail” – “Sumqayıt” (1:4) və “Sabah” – “Qəbələ” (5:0) görüşlərinin hərəsində 5, “Araz-Naxçıvan” – “Turan Tovuz” (0:3) matçında 3, “Qarabağ” – “Zirə” (0:1) və “Kəpəz” – “Neftçi” (1:0) oyunlarında 1 top vurulub.
 
İlk turda orta məhsuldarlıq 3,00-ə bərabər olub. Bu, son 6 mövsüm üçün ən məhsuldar startdır. Daha yüksək göstərici son dəfə 2017/18 mövsümündə qeydə alınıb. Orta məhsuldarlığın 3,25 olduğu ilk turun 4 matçında 13 qol vurulub.
 
Qeyd edək ki, həmin vaxt “Neftçi” - “Qarabağ” (1:3) oyununda 4, “İnter” - “Qəbələ” (1:2), “Sumqayıt” - “Kəpəz” (2:1) və “Zirə” - “Səbail” (2:1) matçlarının hərəsində 3 qol vurulub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30