7 Mart 2026, Şənbə
Kurçinin qolu ayın ən yaxşısı seçildi
"Kəpəz" rəhbərliyində dəyişikliklər
Kubokda yarımfinalçılar müəyyənləşdi
Azər Bağırov: “Bu, adamı üzür”

Ölkə futbolu

Şenol Günəş: “İlk hədəf “Neftçi”ni məğlub etməkdir”

“İlk hədəf “Neftçi”ni məğlub etməkdir. Bakıdakı oyundan sonra Super Liqa matçına hazırlaşacağıq”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəş deyib.

71 yaşlı mütəxəssis bu həftəsonu startı veriləcək Türkiyə Super Liqasının yeni mövsümünə hazır olduqlarını bildirib. Baş məşqçi əvvəlcə “Neftçi”yə qarşı keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsi görüşünə köklənəcəklərini söyləyib: “Mövsümboyu bütün oyunlarda komanda olaraq gücümüzü ortaya qoymalıyıq. Artıq tempi artırmaq zamanıdır. Heç kimin əsas heyətlə bağlı zəmanəti yoxdur, hər kəs rəqabətə hazır olsun. Əvvəlcə avrokuboklarda işimizi həll edək, sonra çempionat barədə düşünərik”.

Qeyd edək ki, “Neftçi” ilə “Beşiktaş” arasında ilk oyun avqustun 10-da “Neftçi Arena”da baş tutacaq. İstanbul təmsilçisi Super Liqanın I turunun matçını avqustun 14-də “Fatih Karagümrük”ə qarşı keçirəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31