1 Avqust 2026, Şənbə
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu
“Neftçi” qələbə qazansa da...

Ölkə futbolu

Azərbaycanlı futbolçu İrəvanda məşqə çıxdı

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli İrəvanda məşqə çıxıb.
 
Futbolxeber.az saytının məlumatına görə, məşq İrəvan Futbol Akademiyasının stadionunda keçirilib.
 
Xatırladaq ki, 27 yaşlı futbolçu 2 gün əvvəl yeni komandası Albaniyanın "Eqnatiya" klubu ilə birgə Ermənistana yollanıb. Albaniya təmsilçisi Konfrans Liqasında Ermənistanın "Ararat-Armenia" klubuna rəqib olub. Bu komandalar KL-in 1-ci təsnifat mərhələsi çərçivəsində üz-üzə gələcəklər. İlk oyun iyulun 13-də İrəvanda, cavab matçı iyulun 20-də Albaniyada olacaq.
 
V.İsgəndərli bu matçlar üçün UEFA-ya sifariş olunub. Bugünkü oyun Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31