Ölkə futbolu
Mətbuat katibindən TikTok-acan
Bu yaxınlarda bir futbolçudan müsahibə almaq istəyirdik. O, klubun mətbuat xidmətinin rəhbərinin icazəsi olmadan suallarımızı cavablandıra bilməyəcəyini dedi: “Sualları göndərin ona...”
Təbii ki, klubun daxili nizam-intizam qaydaları var. Biz də buna hörmətlə yanaşmalıyıq. Əksər klublarda futbolçuların mətbuatla ünsiyyəti mətbuat katibi vasitəsi ilə qurulur.
Qismət elə gətirdi ki, 2 gün sonra həmin futbolçu TikTokda qarşımıza çıxdı. Gecə saat 3-də, canlı yayımda, “brifinq təşkil edərkən”... Təbii ki, hər kəs seçimində azaddı, istənilən şəxs digər sosial şəbəkələr kimi, TikTokda da video paylaşa bilər, canlı yayım aça bilər. Lakin sanki burada bir təzad var. Mətbuat xidmətinin icazəsi olmadan jurnalistin suallarını cavablandırmayan futbolçunun gecə saat 3-də TikTokda onlarla tanımadığı şəxsin yazdıqlarına cavab verməsi məntiqlidirmi? Belə çıxır ki, jurnalistə müsahibə vermək olmaz, amma TikTokda gecə saat 3-də tanıdığın-tanımadığın şəxslərin suallarını cavablandırmaq olar...
Maraqlıdır, görəsən, mətbuatla ünsiyyətə mətbuat katibinin icazəsi olmadan qadağa qoyan Azərbaycan Premyer Liqa klublarında TikTokla bağlı hər hansı bir qadağa varmı? Çünki hər kəsə məlumdu ki, ölkəmizdə TikTok haqda fikirlər heç də müsbət deyil. “Canlı yayımlar”da söyüşün biri bir qəpikdən... Əxlaqsızlığın, narkomaniyanın təbliği, savadı, dünyagörüşü, heç bir qeyri-adi istedadı olmayan insanların ulduz kimi təqdim edilməsi... Bir sözlə, TikTokun zərərli tərəflərini saymaqla bitməz.
Bununla bağlı Premyer Liqa təmsilçilərinin mətbuat katibləri arasında sorğu keçirdik. Konkret suallarımız belə oldu ki, “Klubunuzda futbolçulara qarşı TikTokla bağlı hər hansı bir qadağa varmı? Varsa, bu qadağanı pozan futbolçunu hansı cəza gözləyir?”
Rəşad Məmmədov (“Sumqayıt”): “Xeyr, TikTokla bağlı hər hansı bir qadağamız yoxdu. Bu, hər bir futbolçunun şəxsi işidi. Bu barədə nəsə deyə bilmərik. Amma mən özüm ara-sıra izləyirəm, hələ ki futbolçularımızdan hər hansı birini TikTokda görməmişəm”.
Elmar Abdullazadə (“Zirə”): “Bizdə sosial şəbəkələrə girişlə bağlı futbolçulara hər hansı bir qadağa qoyulmayıb. Əsas məsələ sosial şəbəkədə özünü necə aparmaqdı. Səhv eləmirəmsə, heç bir futbolçumuzun TikTokda səhifəsi yoxdu. Bu günə qədər də klubumuzla, futbolçularımızla bağlı TikTokda hər hansı bir neqativ halla rastlaşmamışıq. Təbii ki, futbolçular da məsuliyyətlərini dərk edirlər. Sosial şəbəkələrdə heç kim klubun adına, imicinə zərər verəcək hərəkətə yol vermir”.
Rüstəm Allahverdiyev (“Neftçi”): “Kimin harada canlı yayım açması futbolçunun özünə aid məsələdi. Amma ümumi götürsək, sosial mediada deyilən sözlər, edilən paylaşımlarla bağlı daxili kodeks var. Orada göstərilib ki, nə etmək olar, nə etmək olmaz”.
Azad Mustafayev (“Kəpəz”): “Bizdə mütəmadi olaraq mətbuatla, sosial şəbəkələrlə bağlı futbolçularla müəyyən söhbətlər aparılır. Bəzi hallar olub ki, futbolçulara mətbuat ünsiyyət ümumiyyətlə qadağan edilib. Bir ara komandamız uğursuzluq zolağına düşmüşdü. Ardıcıl məğlubiyyətlər alırdı. Hesab etdik ki, ortada nəticə olmayandan sonra nədən danışılacaq? Buna görə də bir müddət futbolçulara mətbuatla ünsiyyət ümumiyyətlə qadağan olundu. Daha sonra komandada işlər qaydasına düşdü və bu qadağa aradan qaldırıldı. Buna ona görə misal çəkdim ki, düşünürəm ki, müəyyən qədər sosial şəbəkələr də klub tərəfindən nəzarətdə olmalıdı. Sırf TikTokla bağlı bəzi narazılıqlar olub. İndi ad çəkmək istəmirəm. Amma azarkeşlər bəzi futbolçuların səmimiyyətindən istifadə edərək, müəyyən videoları çəkib TikTokda paylaşmışdılar. Bu, heç də xoşagələn hal deyildi. Ümumi götürdükdə sosial şəbəkələrlə bağlı futbolçular sərbəstdilər. Yetər ki, klubun imicinə zərbə endirəcək hərəkətə yol verməsinlər”.
Sənəm Fərhadova (“Səbail”): “Bizdə müdaxilə edilmir”.
Süleyman Tağıyev (“Turan Tovuz”): “Demək olar ki, bütün futbolçularımız sosial şəbəkələrdən istifadə edirlər, bununla bağlı hər hansı qadağa yoxdur. Hər bir futbolçu klubumuzn imicinə zərər verəcək hər hansı qeyri-etik davranışın yolverilməz olduğunu bilir. Çünki müqavilələrin hər birində klubun imicinə zərər vurmanın yolverilməz olduğu haqda bir bənd var. Bu tək bizim klubda yox bütün xidmət və əmək müqavilələrində var. İndiyə kimi belə neqativ halla rastlaşmamışıq”.
Elnur Həmidov (“Sabah”): “Klubda daxili intizam kodeksi var. Oyunçuların davranışları ilə bağlı məsələlər həmin kodeksə uyğun olaraq tənzimlənir. O ki qaldı sosial şəbəkələrdən istifadəyə, bu məsələ komandanın istirahətdə, təlim-məşq toplanışında, vacib oyuna hazırlıq prosesinə uyğun olaraq dəyişə bilər”.
P.S. “Qəbələ”nin mətbut katibi Anar Hacıyev suallarımızı cavablandırmadı. “Qarabağ” və “Araz Naxçıvan”da isə hazırda mətbuat katibi vəzifəsi boş olduğuna görə bu klubların sorğu ilə bağlı fikirlərini öyrənə bilmədik.
Futbolxeber.az-ın teleqram kanalına abunə olun
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
03.11.2026
02.11.2026
























