6 Iyun 2025, Cümə
Özbəkistan millisi DÇ-2026-da
Ölkə kubokunun qalibi bilindi
“Neftçi” yeni transferini açıqladı
Əhmədzadə “Zirə”dən getdi

Ölkə futbolu

"Pantiç dedi ki, şansını gözlə"

"Keçən dəfə sizinlə danışarkən demişdim ki, Pantiçlə söhbət edəcəyəm. Artıq onunla danışığımız olub". Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri "Bakı"nın futbolçusu Risto Ristoviç deyib.

Cari mövsümün ilk dövrəsi ərzində cəmi 5 dəqiqə meydanda olan və 7 oyunda adı prtokola düşməyən serbiyalı futbolçu oynamamasından narahatdır.

Ristoviç qeyd edib ki, Pantiç tezliklə ona özünü göstərmək üçün şans verəcəyini bildirib: "Pantiç dedi ki, şansını gözlə. Sənə də imkan yaradacağam. Təbii ki, ona inanıram, başqa əlacım da yoxdu, inanmalıyam".

"Dekabra kimi vəziyyət dəyişməsə, "Bakı"nı tərk edəcəksənmi" sualına isə Ristoviç konkret cavab vermədi: "İndi bu haqda danışmaq istəmirəm. Qarşıda xeyli vaxt var. Odur ki gəlin tələsməyək. İnanıram ki, hər şey yaxşı olacaq".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30