Ölkə futbolu
Şahin Diniyev: “Xəyallarla yaşamağa dəyməz”
“Hər birinizi salamlayıram, axşamınız xeyir. Amma bizim üçün bu əhval-ruhiyyə ilə axşam yəqin ki, xeyirli olmayacaq”.
Futbolxeber.az saytının məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının XXVIII turunda “Kəpəz”ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Təcrübəli mütəxəssis komandasının qol şanslarını qaçırdığını bildirib: “Həyat davam edir, bu futboldur. Futbolda da 3 nəticədən biri olmalıdır. Qələbə münasibəti ilə “Kəpəz”i təbrik edirəm. Bu cür oyunların taleyini adətən 1 qol həll edir. Oyunun gedişatı da onu göstərirdi. Təəssüf ki, ikinci hissədə futbolçularımız dayandılar. Halbuki fasilədən sonra ardıcıl 3 qol epizodumuz var idi. Onlardan istifadə etsəydik, yəqin ki nəticə fərqli olacaqdı”.
Diniyev Premyer Liqada qalmaq uğrunda mübarizədə “Sumqayıt” və “Kəpəz”dən geri düşdüklərini bildirib: “Hesabda geri düşdükdən sonra dəyişikliklər edib, hücum xəttini gücləndirsək də, nəticəni dəyişmək mümkün olmadı. İrəli baxmalıyıq. Düzdür, “Sumqayıt” və “Kəpəz” bu tur qələbə qazanmaqla bizdən aralandılar və bu, onlar üçün böyük sıçrayışdır. “Şamaxı” ilə vuruşmalıyıq. Lakin digər tərəfdən də sona 8 tur qalıb və hər an hər şey dəyişə bilər. Ümidliyəm, təslim olmayacağıq, sona kimi mübarizə aparacağıq. Bugünkü oyunu çıxmaq şərti ilə, sərgilədiyimiz futbola görə, şəraitinə görə “Səbail” Premyer Liqada qalmağa layiqdir”.
“Səbail”in çalışdırıcısı psixoloji baxımdan çətinlik yaşadıqlarını qeyd edib: “Açığını deyim ki, psixoloji hazırlığa daha çox vaxt ayırmaq məcburiyyətində qalırıq. Komandamız təzyiq altındadır. Hər bir futbolçu uduzmağa, səhv buraxmağa qorxur. Hazırda ən böyük problemimiz məhz psixoloji amillə bağlıdır. Aldığımız qırmızı vərəqələr, qapımıza təyin edilən penaltilər də bundan irəli gəlir”.
O, futbolçuların ustalıq səviyyəsində müəyyən çatışmazlıqların olduğunu söyləyib: “İndiki məqamda futbolçularımın oyunçu keyfiyyəti barədə pis nəsə deməyim düz çıxmaz. Ola bilər, ustalıq səviyyəsi baxımından müəyyən çatışmazlıqlar var. Bəlkə də qaçırılan qol epizodları da bundan irəli gəlir. Futbolda əsas nəticədir. 0:1 uduzmuşuq və bu, faktdır. Yaxşı oynadıq, şansları qaçırdıq və s. Bütün bunlar nəticəni dəyişmir. Xəyallarla yaşamağa dəyməz. Əsas reallıqdır. Ümumi götürdükdə, şikayətlənmək fikrində deyiləm. Həyat da, mübarizə də davam edir və sona kimi istəyimizə çatmaq üçün əlimizdən gələni edəcəyik”.
Şahin Diniyev 2015-2017-ci illərdə çalışdırdığı “Kəpəz”i avrokuboklara daşımışdı. Mütəxəssis bu dəfə rəqib kimi gəldiyi Gəncədə xoş qarşılandığını bildirib: “Gəncə azarkeşləri futbolu bilən, futbolla yaşayan insanlardı. Sağ olsunlar, bu gün də məni çox yaxşı qarşıladılar, hörmətlərini, sevgilərini nümayiş etdirdilər. Buna görə onlara təşəkkürümü bildirirəm”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
12.11.2026
11.11.2026
10.11.2026
























