5 Avqust 2026, Çərşənbə
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

Baş katib: “Yeni mövsümdən I Divizion klublarına da pul ayrılacaq”

Yeni mövsüm I Divizionda əvəzedici komandalar iştirak etməyəcək.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra AFFA-nın baş katibi Sərxan Hacıyev açıqlama verib.

O  bildirib ki, yüksək liqada mübarizə aparan klubların əvəzedici komandaların çempionatı ayrı keçiriləcək.

S.Hacıyev qeyd edib ki, yeni mövsümdən Premyer Liqa klubları kimi, I Divizion təmsilçilərinə də maliyyə yardımı ayrılacaq: “Yeni mövsüm I Divizionda 10 komanda iştirak edəcək. Bu kollektivlərdən 4-ü yeni komandalar olacaq. Çalışırıq ki, hamısı region təmsilçisi olsun. Həmin klublara dövlət tərəfindən maliyyə ayrılacaq. Ümumilikdə, I Diviziona 3 milyon manat ayrılacaq. Bu isə hər kluba 300 min manat deməkdir”.

AFFA-nın baş katibinin sözlərinə görə, 1-ci divizionda çıxış etmək üçün Region Liqasında 3 illik fəaliyyət tələbi ləğv olunub: “Region Liqasında bir il oynayan komandanın da I Diviziona gəlmək ehtimalı olacaq. Onlara hansısa dəstək verilsə, bunun reallaşma ehtimalı var. İcra hakimiyyəti və ya digər dəstəkçilər kömək ola bilərlər”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31