1 Noyabr 2025, Şənbə
"Qarabağ" "İmişli"yə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Kəpəz" 10 min manat cərimələndi

Ölkə futbolu

Ülvinin 100-cü oyunu

Ülvi İsgəndərov “Qəbələ”də 100-cü oyununu keçirib.

Futbolxeber.az-ın klubu saytına istinadən verdiyi məlumata görə, 26 yaşlı hücumçunun yubileyi Azərbaycan Premyer Liqasının XXIV turuna təsadüf edib.

O, “Səbail”lə səfər matçına start heyətində çıxıb. Ülvi 2:2 hesabı ilə başa çatan görüşdə 85 dəqiqə meydanda olub.

“Qırmızı-qara” formada 100 oyun keçirən forvardın hesabında 19 qol var. O, Premyer Liqada 86 (15 qol), kubokda 10 (4 qol), avrokuboklarda 4 dəfə meydana çıxıb. İsgəndərov “Qəbələ”nin tarixinə 100 və daha çox oyunda iştirak edən 12-ci futbolçu kimi düşüb.

Xatırladaq ki, İsgəndərovun debütü 2017-ci noyabrın 29-da baş tutub. O, Azərbaycan kubokunun “Mil-Muğan”la görüşündə meydana çıxıb və qol hesabını da açıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30