28 Fevral 2026, Şənbə
Millimizin rəqibləri müəyyənləşdi
"Zirə" və "Kəpəz"dən qələbə
Boksçumuz erməniyə qalib gəldi
ÇL: 1/8 final mərhələsinin püşkü atıldı

Ölkə futbolu

Valeri Qazzayev: "Lüksemburq və Azərbaycan milliləri arasında ciddi fərq görmürəm"

"Alaniya"nın prezidenti Valeri Qazzayev Rusiya millisinin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirəcəyi son iki oyun haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, Vladiqafqaz klubunun keçmiş çalışdırıcısı Rusiya yığmasının maksimum nəticə göstərəcəyinə əminliyini ifadə edib: "Heç bir şübhəm yoxdur - Lüksemburq və Azərbaycanla oyunlarda Rusiya yığması 6 xal qazanacaq. Birincisi, komanda indi əla formadadır. İkincisi, futbolçular qarşıdakı oyunların məsuliyyətini dərk edirlər. Onlar da çox gözəl başa düşürlər ki, rəqibi qiymətləndirməmək, ya da öz gücünü şişirtmək olmaz. Üçüncüsü də millimizin rəqibləri Avropa nəhəngləri deyil. Bizim komandamız əla baş məşqçisi ilə birgə bütün komponentlərdə rəqibdən üstündür. Bura həm oyunçuların səviyyəsi, həm oyunun təşkili, həm də motivasiya daxildir. Lüksemburq və Azərbaycan milliləri arasında ciddi fərq görmürəm. Ola bilər, bir qədər Azərbaycan Lüksemburqdan üstün olsun. Amma yenə də bu komandaların heç biri Rusiya üçün təhlükəli deyil". 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28