Ölkə futbolu
Qurbanov: “Bu, bizim arzumuzdur”
"Oyuna ciddi hazırlaşırıq. Sabah növbəti mərhələyə vəsiqənin taleyi həll olunacaq. İlk matçdan sonra rəqibin gücünə daha yaxından bələd olduq. Çox möhkəm komandaya qarşı oynayırıq. Futbolçularım matça hazırdırlar. Yaxşı oyun göstərmək istəyirik".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
O, Marko Yankoviçin zədələnməsi ilə bağlı söyləyib: "Marko Yankoviç son vaxtlar çox yaxşı formada idi. Onun zədələnməsinə çox üzüldüm. İkinci dəfədir performansı yaxşılaşanda belə zədə alır. Futbolçularımın sağlam olması mənə əlavə güc, düşüncə verir. Buraya gələn digər oyunçularımız nə etməli olduqlarını bilirlər. Amma bizim bir-birini əvəzləyə biləcək futbolçularımız var. Bu dəfə meydana çıxan futbolçulardan fərqli şeylər tələb edə bilərik".
Mütəxəssis hələlik komandada istədiyi dinamikanı görmədiyini vurğulayıb: "Amma oyundan oyuna irəliləyiş hiss edirəm. Futbolçulara hansı motivasiyanı verdiyimizi burda deyə bilməyəcəyəm. Bəziləri ilə dost kimi, bəziləri ilə müəllim kimi danışırıq. Niyə deyirəm ki, futbolçularıma güvənirəm, inanıram? Çünki mənim sözlərimə böyük məsuliyyətlə yanaşırlar. Bəzən bəlkə onlarda texniki cəhətdən nəsə alınmır. Amma ümumən onların məsuliyyətli yanaşması məni də belə oyunlardan əvvəl rahatlaşdırır".
Q.Qurbanov daha sonra deyib: "Rəqib baş məşqçiyə "Qarabağ" haqda dediyi xoş sözlərə görə təşəkkür edirəm. Mən də Bakıda öz fikirlərimdə bildirmişdim ki, bu məşqçiyə, bu komandaya qarşı oynamaq çox xoşdur. Çünki bu komandanın özünə xas olan fəlsəfəsi var. Futbolda fərqli sistemlər mümkündür. Sadəcə icraçıların onu meydanda nə dərəcədə yerinə yetirməsi önəmlidir. Təhlil edəndə görürük ki, "Gent"in düşünmədən atdığı addım yoxdur. Hər xırda epizodda çox diqqətli olurlar. Hamı meydanda nə etməli olduğunu bilir. Həmişə belə məşqçilərə, belə komandara böyük hörmətlə yanaşmışam. Bir məşqçi olaraq belə komandaları təhlil etmək asandır, amma onlara qarşı oynamaq heç də asan deyil. Çünki, meydanda hər addımları düşünülmüşdür. Mənə rəhbərliyimizin Konfrans Liqasının finalı ilə bağlı dediyi fikir barədə sual vermişdilər. Mən də bildirdim ki, bunu kim istəməz? Bu, bizim arzumuzdur. Maksimum irəli getməyi istəyirik. Amma hər şeyi təhlil etmək lazımdır. Kənardan fikir bildirməkdən asan heç nə yoxdur. Şükürlər olsun, futbolçularım illərdir nə əziyyətlərdən keçib buralara gəlib çıxıblar. Bu cür fikirlərə futbolçularımız da üzülür. Sanki, qarşımızdakı rəqib kiçildilir".
"Qarabağ"ın çalışdırıcısı Avropada hər oyunun onlar üçün faydalı olduğunu deyib: "Amma rəqibimizin ilboyu hər oyunu bu sürətdə, dinamikada keçir. Və bu da futbolçunun sabit formada qalması üçün çox vacibdir. Futbol çox yüksək sürətlə inkişaf edir. Bizim bilmədiyimiz, ağlımıza gətirmədiyimiz o qədər məqamlar var. İndi desək ki, "Gent" və ya başqa rəqibi mütləq keçməliyik və ya keçəcəyik, doğru olmaz”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Canninin gəlişindən sıxılan canlar
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- “Neftçi”nin yarımmüdafiəçisi oynadı, komandası qalib gəldi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
- Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar
- İspaniya - Xorvatiya matçında 5 qol
- İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi
- Fərrux Hüseynzadəyə beynəlxalq təyinat
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
21:39
Stoiçkov Bakıda 120-dən çox uşağın iştirak etdiyi futbol festivalına qatıldı
-
20:52
Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb
-
20:31
Millimiz Vyetnama məğlub oldu
-
19:00
Balabəy Ağayev Əbu-Dabidə qızıl medal qazanıb
-
18:43
Könül Əliyevadan "Böyük Dəbilqə"də tarixi nəticə
-
18:25
“Neftçi” "Şamaxı" ilə oyunun hazırlığını davam etdirir
-
17:16
1/8 finalın bütün cütləri bilindi
-
16:54
Azərbaycan kubokunda II mərhələyə yekun vuruldu
-
16:37
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib
-
16:08
Xristo Stoiçkov Bakıda
-
15:25
Azərbaycan millisi Asiya Kubokunda qızıl medal qazanıb
-
14:42
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
-
14:19
Dünya çempionatı: üç güləşçimiz uduzdu
-
13:51
Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
-
13:00
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
-
12:43
"Yuventus" səfərdə xalsız qaldı VİDEO
-
12:28
X turun hakim təyinatları açıqlandı
-
11:56
Azərbaycanlı gənc futbolçu İspaniya klubunda
-
11:34
"Napoli"dən 4 qollu qələbə VİDEO
-
11:17
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Yaxşı mənada təəccübləndirdilər”
-
10:45
"İnter" sonda sevindi VİDEO
-
10:22
Bədavi Hüseynov: “Neftçi” ilə oyunda qazanılan xal qızıla bərabərdir”
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bilindi
-
09:20
“Turan” Çempionlar Liqasında cavab oyununa çıxır
-
21:34
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
-
21:22
Rəşad Sadiqov: “Bu cür mübarizə aparmaq özü böyük nailiyyətdir”
-
21:07
Azərbaycan kuboku: Daha 5 komanda 1/8 fnalda
-
20:56
Famil Xəlilov: “Bu futbolçulara inanmaq lazımdır”
-
19:29
Millimiz Cəbəllütariqə qalib gəldi
-
19:15
Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyununda uduzdu
-
18:00
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
-
17:43
“Qarabağ” “Dinamo”ya uduzdu
-
17:28
Dakar-2026-da Azərbaycanın bayraqdarları onlar olacaq
-
17:14
“Birbaşa Bakı”nın məqsədi təkcə titulu geri qaytarmaq yox, həm də hələ də ən güclü olduğunu sübut etməkdir”
-
16:57
10 komandaya texniki məğlubiyyət verildi
-
16:42
AFFA-dan "Səbail"in prezidentinə 4 oyunluq cəza
-
16:35
"Qarabağ" 6 min manat cərimələndi
-
16:29
Ribeyro 2 oyunluq cəzalandı
-
15:51
Mehdi Cənnətov: “İki dəfə hesabda geri düşsək də...”
-
14:46
Boksçularımlzln 2026-cı ildə Avropa çempionatlarında qazandığı medalların sayı 25-ə çatıb
-
13:00
İspaniya klubunda baş məşqçi istefası
-
12:14
“Zirə”nin kapitanı: “İstəyirdik ki, 90 dəqiqə ərzində oyunu bitirək”
-
11:58
FIFA U-15 dünya çempionatının iştirakçıları üçün əyləncəli festival təşkil olunub
-
11:36
Dünya Atletikasının dəstəyi ilə Bakıda məşqçilər üçün seminar başlayıb
-
11:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:45
"Arsenal"dan kuboka erkən vida VİDEO
-
10:22
Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
-
10:09
Cəlal oynadı, komandası liderliyə yüksəldi
29.10.2026
28.10.2026
























