26 Avqust 2026, Çərşənbə
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Lunyovun meneceri: "Qarabağ"dan "Bayer Leverkuzen"ə rəsmi məktub gəlib"

"Qarabağ"ın transfer etmək istədiyi "Bayer Leverkuzen"in qapıçısı Andrey Lunyovun agenti Anton Smirnov müştərisiningələcəyi ilə bağlı açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, o, "RB Sport"a açıqlamasında rusiyalı futbolçuya Ağdam təmsilçisi ilə yanaşı, İngiltərə və Türkiyə klubundan da təklif gəldiyini bildirib:

“Bayer"in yeni qapıçı alması vəziyyəti 180 dərəcə dəyişdi. Transfer pəncərəsinin bağlanmasına bir neçə gün qalmış yeni klub axtarmaq çətindir. Amma İngiltərə Çempionşip, Türkiyə klublarından və "Qarabağ"dan təklif  var. “Qarabağ”la birbaşa danışıqlar aparmadıq, amma bu gün “Bayer”in idman direktoru ilə danışdım. O, bu klubun Andreyi almaq istəyindən danışdı. Kluba rəsmi məktub gəlib. "Bayer"in mövqeyi Andreyə hörmətdir, tam dəstəkdir. Məqbul variant olarsa, klub Andreyi buraxacaq. Əks halda, Lunev müqavilənin sonuna qədər "Bayer"də qalacaq. İndi Andreyin vəziyyətinə baxacağıq və qərar verəcək. Yaxın günlərdə alınsa, getməyə çalışacağıq. Elə ölkələr var ki, orada transfer pəncərələri gec bağlanır. Məsələn, Türkiyə, Azərbaycanda”.

Qeyd edək ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov A.Lunyevi transfer etmək istədiklərini təsdiqləmişdi.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31