10 Avqust 2026, Bazar ertəsi
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

Almeyda: "Çox istəkliyik"

"Qarabağ"ın futbolçusu Riçard Almeyda sabah Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Nant"la səfərdə keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi matçdan əvvəl təşkil olunan mətbuat konfransında oyuna hazır olduqlarını deyib:

"Fransaya dünən gəldik. Komandamız çox istəklidir. Buradan pozitiv nəticə ilə qayıtmağı çox istəyirik. "Nant"ın gücünə bələdik. Bilirik ki, çox yaxşı komandadır, keyfiyyətli oyunçuları var. "Nant" hər an oyunun nəticəsini dəyişə biləcək futbolçulara sahibdir. Amma biz oyuna tam köklənmişik, tam hazırıq. Belə dolu stadionlarda güclü komandalara qarşı oynamaq bizim özümüzün də xoşumuza gəlir. Ümid edirəm ki, Bakıya yaxşı nəticə ilə qayıdacağıq".

Qeyd edək ki, sabah keçiriləcək “Nant” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31