Ölkə futbolu
Qurban Qurbanov: “Bu komandaya qalib gəlmək istəyirdim”
"Futbolçularımı təbrik edirəm. Azarkeşlərimizə təşəkkür edirəm".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının 3-cü təsnifat mərhələsində AEL-lə keçirilən cavab oyunundan (1:0, ilk oyun 1:1) sonra təşkil edilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Son vaxtlar stadionda belə atmosfer, belə futbol həyəcanı yox idi. Hamı darıxmışdı. Şükürlər olsun, hər şey bizim üçün yaxşı oldu. Yaxşı komandaya qarşı oynadıq. Yaxşı kollektivi və baş məşqçisi var. Səfərdəki bəzi səhvlərimizi burada təkrarlamadıq. Topla oynamaq bizim üçün asan deyildi. Həm rəqib ciddi yanaşırdı, həm də meydança yaxşı deyildi. Dünən futbolçularıma da dedim ki, meydançanın durumu hər iki komanda üçün eynidir. Vaxtımız çox azdır. Üç gündən sonra çempionat, ardından avrokuboklarda növbəti oyun var. Hər iki görüşdə son dəqiqələrdə qol vurmağımız bir daha göstərdi ki, futbolu sona qədər oynamaq lazımdır".
- Növbəti mərhələni başqa meydançada keçirmək üçün müraciət etmək fikriniz var?
- Məncə, istəsək də alınmaz. Çünki vaxtımız çox azdır. Bizim müraciətdən sonra orada fasilə yaranacaq. Şənbə və bazar günü də iş günü deyil. UEFA-dan nümayəndə gəlib baxmalıdır. "Azersun Arena" yaxşıdır. Amma ola bilsin ki, ehtiyac olmasın. Meydança amilini düşünərək, oyunumuzda bəzi dəyişikliklər edə bilərik.
- Ozobiçin əvəzlənməsindən sonra daha baxımlı oynadınız. Onun uğursuz çıxışının səbəbi nə idi: rəqib imkan vermədi?
- Rəqibin baş məşqçisi də Ozobiçi ilk görüşdən sonra fərqləndirmişdi. Ozobiç texniki oyunçudur. Belə meydançada daha çox güc sərf etməli olursan. Ayağında da zədə də olmuşdu. Bəzən zədə olduğu zaman oyun alınmır. Bu gün də matçdan əvvəl dedim ki, sona qədər diqqətli olmaq lazımdır.
- Qələbənin mənəvi tərəfi sizin üçün nə dərəcədə böyükdür?
- Məncə, pis deyil. Hər iki baxımdan vacib idi. Biz meydançadakı mübarizəyə daha çox önəm verməliyik. Ətrafda söhbətin daha çox getməsi və matçın daha çox müzakirəsi üçün qələbə önəmlidir.
- Qoldan sonra azarkeşlər fişəng yandırdılar və çox güman ki, kluba cərimə gələcək. Qələbə buna dəyərmi?
- Məncə, dəyər. Azarkeş oyunu gözəlləşdirir. Belə hallar görəndə canlı futbolun nə olduğunu hiss edirsən. Azarkeş qoldan sonra sevinir. Neçə vaxtdır azarkeşsiz qalmışdıq.
- Bu rəqibə qarşı sizdə şəxsi qıcıq var idi? Çünki uzun illərdir ilk oyudakı sərt reaksiyanıza şahid olmamışdıq...
- Belə hallar olub. İçimdə bu komandaya qalib gəlmək istəyirdim. Amma həmişə rəqibə hörmətlə yanaşmışam. Azarkeşlərin hərəkətinə görə yox, rəqibə görə. Çünki bu komandaya qarşı oynamaq mənim üçün çox maraqlı idi. Çünki fərqli oyun üslubları var idi. Rəqibi daha öndə saxlamalı idik və bu gün onu edə bildik. Bu baxımdan içimdə prinsip var idi ki, bu rəqibə qalib gəlim. Bunun azarkeş təxribatı ilə əlaqəsi yoxdur. Azarkeş təxribatı hər zaman olub.
- Azərbaycansayağı künc zərbəsi sizin planınızda yoxdur?
- Çox etmişik. Bunu rəqibə uyğun edirik. Hər rəqib standart vəziyyətdə fərqli düşünür. Bəlkə daha vacib oyunda istifadə etdik.
- Üçüncü dəfə transfer etdiyiniz Riçard Almeyda mərkəzdəki yükü daşımağa hazırdır?
- Gəldiyi vaxtdan çox dəyişiklik olub. Onun gedişindən sonra komandada bəzi dəyişikliklər oldu. Oyunçuların bir-birini anlaması, hiss etməsi ilk vaxtlar asan olmaya bilər. Amma onun təcrübəsi bizim üçün çox vacibdir. Onun 45 və ya 90 dəqiqə oynamasının fərqi yoxdur. İnanmalıyam ki, sonradan meydana buraxdığım oyunçudan arxayın olum. Almeydaya da arxayınam. Bu rotasiyalar digər futbolçuların zədələnməsinin, yorulmasının da qarşısını ala biləcək. Elə futbolçu var ki, onun 3 oyunluq faydası bəzilərinin 15 oyunluq faydasından daha çoxdur. Riçardda əvvəlki oyununu sərgiləmək potensialı var.
- Həm çempionatda, həm də avrokuboklarda mübarizə aparmaq sizə çətin olmayacaq?
- Olacaq. Bundan sonra daha çox hiss olunacaq. Həm zədəli, həm formada olmayan oyunçular var. Qarşıda millinin matçları da var. İstər-istəməz ağır olacaq. Amma istərdim ki, bunun qarşısının alınması üçün çox oyunçumuz olsun
- Axtardığınız hücumçunu artıq tapa bilmisiniz?
- Mütləq hücumçu gətirməyi düşünürəm. Mənim üçün eyni səviyyəli oyunçuların çox olması vacibdir. Bir neçə oyunçu gətirməyi düşünürük. Yarımmüdafiəçi, ola bilər müdafiəçi aldıq.
- Meydanda dinamik mübarizə var idi. Bu əzmkarlıqda Kipr hadisələrinin rolu var idi?
- Bəzən belə oyunlar prinsipiallıq baxımından futbolçuların daha əzmkar olmasına yol açır. Son vaxtlar əzmkarlıq baxımından futbolçulardan razıyam. Çətin anlarda özlərini idarə edə bilirlər və mübarizədən çəkinmirlər. Mübariz olmasan, uğur qazana bilmərsən. Xüsusən də, şanlı qalibiyyətimizdən, torpaqlarımızı işğaldan azad etdikdən sonra başqa yolumuz yoxdur. Futbolçular bundan sonra daha da döyüşçü ruhda mübarizə aparacaqlar.
- Hakimin əlavə etdiyi dəqiqələrdə sizi əsəbi gördük. Komandanı irəli atılmağa səsləyirdiz?
- Doğrudur. Rəqib uzun toplarla oynamağı xoşlayırdı. İmkan vermək istəmirdik ki, uzun ötürmələrlə topu qapımız qarşısına göndərsinlər. Sonlarda özüm də aqressiv oldum ki, futbolçuları irəlidə görüm.
- Böyük ehtimalla növbəti rəqib "Aberdin" olacaq. Bu komanda barədə nə düşünürsüz?
- Hələ onların oyununa baxmamışam. Öncədən həmişə qarşımızdakı oyunu düşünmək istəmişəm. Bundan sonra növbəti rəqib barədə fikirləşəcəyik.
- "Neftçi" də bu gün HİK-ə məğlub olaraq Konfrans Liqasına düşdü. Onların bu turnirdə şansını necə qiymətləndirirsiz?
- Çox yaxşı olardı ki, hər iki komanda qrupa düşsün. Belə oyunlar həm biz məşqçilərə, həm də futbolçulara böyük təcrübə qatır. Bizim bilmədiklərimiz bildiklərimizdən daha çoxdur. Nə qədər fərqli komandalara qarşı oynasaq, daha da inkişaf edərik. "Neftçi"yə inanıram. Onlara, Samir Abasova uğurlar arzulayıram. İnanıram ki, "Neftçi" pley-off səddini də keçəcək (apasport.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Canninin gəlişindən sıxılan canlar
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- “Neftçi”nin yarımmüdafiəçisi oynadı, komandası qalib gəldi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- “Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar
- İspaniya - Xorvatiya matçında 5 qol
- İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi
- Fərrux Hüseynzadəyə beynəlxalq təyinat
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
21:39
Stoiçkov Bakıda 120-dən çox uşağın iştirak etdiyi futbol festivalına qatıldı
-
20:52
Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb
-
20:31
Millimiz Vyetnama məğlub oldu
-
19:00
Balabəy Ağayev Əbu-Dabidə qızıl medal qazanıb
-
18:43
Könül Əliyevadan "Böyük Dəbilqə"də tarixi nəticə
-
18:25
“Neftçi” "Şamaxı" ilə oyunun hazırlığını davam etdirir
-
17:16
1/8 finalın bütün cütləri bilindi
-
16:54
Azərbaycan kubokunda II mərhələyə yekun vuruldu
-
16:37
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib
-
16:08
Xristo Stoiçkov Bakıda
-
15:25
Azərbaycan millisi Asiya Kubokunda qızıl medal qazanıb
-
14:42
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
-
14:19
Dünya çempionatı: üç güləşçimiz uduzdu
-
13:51
Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
-
13:00
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
-
12:43
"Yuventus" səfərdə xalsız qaldı VİDEO
-
12:28
X turun hakim təyinatları açıqlandı
-
11:56
Azərbaycanlı gənc futbolçu İspaniya klubunda
-
11:34
"Napoli"dən 4 qollu qələbə VİDEO
-
11:17
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Yaxşı mənada təəccübləndirdilər”
-
10:45
"İnter" sonda sevindi VİDEO
-
10:22
Bədavi Hüseynov: “Neftçi” ilə oyunda qazanılan xal qızıla bərabərdir”
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bilindi
-
09:20
“Turan” Çempionlar Liqasında cavab oyununa çıxır
-
21:34
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
-
21:22
Rəşad Sadiqov: “Bu cür mübarizə aparmaq özü böyük nailiyyətdir”
-
21:07
Azərbaycan kuboku: Daha 5 komanda 1/8 fnalda
-
20:56
Famil Xəlilov: “Bu futbolçulara inanmaq lazımdır”
-
19:29
Millimiz Cəbəllütariqə qalib gəldi
-
19:15
Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyununda uduzdu
-
18:00
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
-
17:43
“Qarabağ” “Dinamo”ya uduzdu
-
17:28
Dakar-2026-da Azərbaycanın bayraqdarları onlar olacaq
-
17:14
“Birbaşa Bakı”nın məqsədi təkcə titulu geri qaytarmaq yox, həm də hələ də ən güclü olduğunu sübut etməkdir”
-
16:57
10 komandaya texniki məğlubiyyət verildi
-
16:42
AFFA-dan "Səbail"in prezidentinə 4 oyunluq cəza
-
16:35
"Qarabağ" 6 min manat cərimələndi
-
16:29
Ribeyro 2 oyunluq cəzalandı
-
15:51
Mehdi Cənnətov: “İki dəfə hesabda geri düşsək də...”
-
14:46
Boksçularımlzln 2026-cı ildə Avropa çempionatlarında qazandığı medalların sayı 25-ə çatıb
-
13:00
İspaniya klubunda baş məşqçi istefası
-
12:14
“Zirə”nin kapitanı: “İstəyirdik ki, 90 dəqiqə ərzində oyunu bitirək”
-
11:58
FIFA U-15 dünya çempionatının iştirakçıları üçün əyləncəli festival təşkil olunub
-
11:36
Dünya Atletikasının dəstəyi ilə Bakıda məşqçilər üçün seminar başlayıb
-
11:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:45
"Arsenal"dan kuboka erkən vida VİDEO
-
10:22
Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
-
10:09
Cəlal oynadı, komandası liderliyə yüksəldi
29.10.2026
28.10.2026
























