5 Avqust 2026, Çərşənbə
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

“Neftçi”nin Yunanıstandakı açıq məşqinin vaxtı məlumdu

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 21-i Bakı vaxtı ilə saat 23:00-da Georgios Karaiskakis stadionunda keçiriləcək “Olimpiakos” - “Neftçi” oyunu öncəsi təmsilçimizin baş məşqçisi Samir Abasov və seneqallı futbolçu Mamadu Mbodjun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Futbolxeber.az saytının məlumatına görə, tədbir iyulun 20-si Bakı vaxtı ilə saat 22:30-dan etibarən Georgios Karaiskakis stadionunun mətbuat zalında keçiriləcək.

Konfransdan sonra, saat 23:00-da isə “Neftçi”nin media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq. Eyni məkanda həmin gün saat 17:30-da rəqib komandanın mətbuat konfransı olacaq.

Qeyd edək ki, bu tədbirlərin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31