2 Fevral 2026, Bazar ertəsi
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

"Qəbələ"də yayın ilk transferi

2021/22 mövsümünün transfer çalışmalarına start verən “Qəbələ” ilk futbolçu keçidini rəsmiləşdirib.
 
Futbolxeber.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, “qırmızı-qaralar” Urfan Abbasovu heyətinə qatıb.
 
“Səbail”dən yenicə ayrılan 29 yaşlı müdafiəçi bölgə təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
 
Qeyd edək ki, 2019-2021-ci illərdə “Səbail”in şərəfini qoruyan Urfan iki illik fasilədən sonra “Qəbələ”yə qayıdıb. 2011-2019-cu illərdə “qırmızı-qara” forma geyinən Abbasov klub tarixində ən çox oyun keçirən futbolçudur. O, bütün turnirlərdə ümumilikdə 220 matçda iştirak edib. Müdafiəçinin aktivində 3 qol var. Urfan 2015-ci ildə debüt etdiyi Azərbaycan millisində 9 oyun keçirib, 1 qol vurub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28