16 Sentyabr 2025, Çərşənbə axşamı
V turun hakim təyinatları açıqlandı
"Kəpəz" 1000-ci oyununa çıxdı
“Qarabağ” Lissabona çatdı
"Onlardan yüz faiz razı deyilik"

Ölkə futbolu

Mişel Platini Azərbaycana gəlir

UEFA-nın prezidenti Mişel Platini sentyabrın 21-də ölkəmizə səfərə gələcək. Futbolxeber.az-ın məlumatına görə, səfər çərçivəsində Avropa futbol qurumunun rəhbəri AFFA-nın Mərdəkan qəsəbəsindəki Futbol Mərkəzinin ərazisində milli komandalar üçün inşa olunacaq təlim-məşq bazasının təməlqoyma mərasimində və bir sıra görüşlərdə iştirak edəcək. Qeyd edək ki, AFFA-nın növbəti layihəsi olan  təlim-məşq bazasının tikintisi  UEFA-nın  maliyyə dəstəyi  ilə həyata  keçiriləcək.

Məlumat üçün bildiririk ki, Xorvatiyanın Dubrovnik şəhərində sentyabrın 20-də keçiriləcək UEFA-nın İcraiyyə Komitəsinin iclasında Avro-2020-nin oyunlarını qəbul edəcək namizəd şəhərlərin siyahısı təsdiqlənəcək. Qeyd edək ki, AFFA tərəfindən bu məqsəd üçün Bakı şəhərinin namizədliyi də irəli sürülüb.

 


affa.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30