21 Yanvar 2026, Çərşənbə
"Qarabağ" "Ayntraxt"a qəbul edir
Millimiz FİFA reytinqində neçəncidir?
"Ayntraxt" Bakıda məşq etməyəcək
"Araz-Naxçıvan"dan 4 qollu qələbə

Ölkə futbolu

Xocaniyazov üçün Premyer Liqada mövsüm bitdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, 03.05.2021-ci ildə Premyer Liqanın XXV turunun “Səbail” - “Qəbələ” oyununda qonaqların 77 nömrəli futbolçusu Merab Qiqauri qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

04.05.2021-ci ildə Premyer Liqanın XXV turunun “Sumqayıt” - “Sabah” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

04.05.2021-ci ildə Premyer Liqanın XXV turunun “Sumqayıt” - “Sabah” oyununda matçın 85-ci dəqiqəsində “Sumqayıt” klubunun 5 nömrəli futbolçusu Cəmaləddin Xocaniyazov “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub. Bu isə o deməkdir ki, Xocaniyazov cari mövsüm Premyer Liqada bir daha meydana çıxa bilməyəcək.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31