7 Mart 2026, Şənbə
Kurçinin qolu ayın ən yaxşısı seçildi
"Kəpəz" rəhbərliyində dəyişikliklər
Kubokda yarımfinalçılar müəyyənləşdi
Azər Bağırov: “Bu, adamı üzür”

Ölkə futbolu

Sənan Qurbanov: "Belə hesabla uduzmaq bizi üzür"

"Sıx qrafiklə oynayırıq. Oyunçu dəyişmək şansımız azdır. Futbolçulara güc düşür. Kubokda 120 dəqiqə meydanda olduq. Bərpa olunmaq çətin idi. "Neftçi"də istedadlı oyunçular var. Belə hesabla uduzmaq bizi üzür. Oyunu təhlil edəcəyik".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov "Neftçi"yə 0:3 hesabı ilə uduzduqları Premyer Liqanın XXV tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis qol imkanlarından yararlana bilmədiklərini söyləyib: "Futbolda əsəbi hallar olur. Bütün köməkçilər dəyərlidir. Hirsli vaxtımızda bir-birimizin yanındayıq. Kimə hirsləndiyimi xatırlamıram".

Qurbanov görüş ərzində boşluqlar buraxdıqlarını sözlərinə əlavə edib: "Buna görə əsəbiləşmişdik. Bəzən hər şey istədiyimiz kimi olmur. Çalışacağıq ki, səhvlər komandaya mənfi təsir etməsin. Pozitivliyi qorumalıyıq".

Mənbə: "Report"

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31