Ölkə futbolu
Obradoviç: “Premyer Liqa klublarıyla bu görüşlər bizim üçün çox vacibdi”
21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Milan Obradoviçin müsahibəsi
- Təlim-məşq toplanışının əvvəlindən başlayaq - nədən razısınız, nədən narazı? Zədəli və ya komandanızda görmək istədiyiniz futbolçular varmı ki, hansılar müəyyən səbəbdən gələ bilmədi?
- Razı qaldığımız məqam odur ki, PFL turlarla bağlı təqvimdə yerdəyişmələr edəndən sonra "pəncərə" açıldı və nəticədə yığışıb məşq etməyimizə, bir neçə yoxlama oyunu keçirməyimizə imkan yarandı. Yeganə arzuolunmaz məqam odur ki, xaricdə çıxış edən futbolçularımız martın 23-24-dən tez gələ bilməzdilər. Elələləri da var ki, həmin tarixlərdə klublarda oyunları var və ən yaxşı halda 25-də sıralarımıza qoşula biləcəkdilər. Bu isə deməkdir ki, bizimlə demək olar hazırlaşa bilməyəcəklər. Legionerlərdən istisna təşkil edən yalnız Samet Karakoçdu. Türkiyənin "Bayrampaşaspor" klubunun futbolçusu vaxtilə U-19 yığmasında çıxış edib. Onun bu günlərdə düşərgəmizdə olması nəzərdə tutulub. Samet hələ solameyilli mərkəz, həm də sol cinah müdafiəçisi mövqeyində oynayır. Yalnız onun klubu bizə güzəştə gedərək tez buraxdı. Azərbaycandan kənarda çıxış edən qalan heç kimi dəvət etməmişik. Buna baxmayaraq, bizə maraqlı olan futbolçular var. Hansıları ki, izləyirik, aralarında Premyer Liqada da çıxış edənlər var, I Divizionda da. Bu dəfə aksentimiz Azərbaycan çempionatında oynayanlara oldu. Qalan hər şey yaxşı rejimdə gedir. Gündə 2 dəfə məşq keçirik. Bu, praktiki olaraq hər gün olur. Yüklənmələrinin səviyyəsini də elə müəyyənləşdiririk ki, klublardakı kimi eyni olsun. Bir sözlə, hər şeydən razıyıq. Hələ ki təlim-məşq toplanışını yarılamışıq.
- "Qarabağ"la yoxlama matçınızın nəticəsini qoyaq bir kənara, şahidi olduğum oyunun özü məni yaxşı mənada təəccübləndirdi. Bəs sizi futbolçular təəccübləndirdi? Hərçənd, zəifləmiş heyəti olsa da, rəqib "Qarabağ" idi, bir neçə il əvvəl Çempionlar Liqasında qrupunda iştirak edib. Bu isə zarafat deyil....
- Birincisi, mənə elə gəlir ki, mənim komandamın 70 faizi Tofiq Bəhramov adına Respublika stadionunda, buranın paltardəyişmə otağında olmayıb, burdakı qazona çıxmayıb. Bu arena futbolçular üçün hələ də xoş, pozitiv təzyiq yaradır. Açığı, qorxurdum ki, başlanğıcda bir az "mandraj"ları olacaq.
- Bu, startda hiss olunurdu...
- Bəli, az da olsa vardı. Ancaq getdikcə oyunumuz öz axarıyla getdi və futbolçularım rahatlaşmağa başladılar. İzahı sadədi - matçdadək olan 4 gündə həm müdafiə, həm də hücum planında məşq etdik. Qarşılaşmada məqsəd bunları göstərmək, bunu etməyə çalışmağımız idi. Bu ilk matç tsikldə bizə çöx kömək edəcək. Çünki bizə həm zəif cəhətlərimizi göstərir, həm də daha da yaxşılaşdıra biləcəyimiz müsbət cəhətlərimizi.
- Şəxsən sizin və komandanız üçün Kevin Medina, Filip Ozobiç, Abdullah Zubir, Xayle Romeroya qarşı oynamaq nə deməkdi?
- Bilmirəm futbolçularımızdan onlara qarşı kim oynayıb - ola bilər Şakir Seyidov, Veysəl Rzayev, Rüfət və Səbuhi Abdullazadələr. Çox azı müdafiədə təkbətək mübarizələrdə oynayıb. Bu, çox çətindi.
- Üstəlik, bu zaman onların yanında təcrübəli futbolçular, komanda olub. İndisə onların özləri liderlərdi...
- Onu deyə bilərəm ki, bu matçlarda bəzi anlarda bəxtimiz gətirdi ilk hissədə. Hətta fasilədən sonra da oldu. Bu təcrübə satın alına bilməz, yalnız belə oyunlarla alınır. Sağ olsun "Qarabağ" ki, bu görüşə razılaşdı. Təşəkkürüm həmçinin "Neftçi"ylə "Qəbələ"yədi ki, növbəti rəqiblərimiz olacaq. Premyer Liqa klublarıyla bu görüşlər bizim üçün çox vacibdi. Hansında ki rəqiblər bizdən təcrübəli, güclüdü. Biz isə onları məğlub etməyə, oyunumuzu, xarakterimizi göstərməyə çalışacağıq. Paltardəyişmə otağında futbolçularımın gözlərindəki qığılcımı gördüm - bu matç onlar üçün seçmə mərhələdə Xorvatiya və Avstriya ilə görüşə bərabər idi. Bunu açıq deyirəm və bilirdim ki, belə olacaq. Bir az "mandraj"dan qorxurdum və Allaha şükür ki, bunun öhdəsindən gəldik.
- Bir az da "qara nöqtə"yə toxunum. Milli rəhbərliyiniz altında keçən seçmə mərhələdə son dəqiqələrdə qol buraxaraq uduzub. İndisə hesabda 4:1 irəlidə olsanız da, yenə qol buraxdınız. Bunun qarşısını necə alaq? Niyə komanda "boşalır"və hesab edir ki, final fitinədək paltardəyişmə otağında ola bilər?
- Futbolçularla taktiki məşğələlərdə mentatiletə diqqət yetirirk. Bu, hərdən Serbiyadakına oxşayır - hesabda üstün olanda arxayınlaşırıq. Ancaq məşqdə heç vaxt etmirik, çünki orda daim təzyiq olur. Yolverilməz məqamlar topa artıq toxunuş, rəqibi öz cərimə meydanında aldatmaq və sairdi. Bütün bunlar uşaq xəstəlikləridi ki, hansılarla iş prosesinin gedişində qarşısını alırıq. Bir qrup futbolçular getdi, yeni qrup gəldi, ancaq təəssüf ki, xəstəlik yenə qalıb. Buna görə bütün bunları yoluna qoyacağıq. Ümid edirəm ki, bir komanda olaraq dərsimizi almışıq. Çünki son dəqiqələrdə qollar buraxmışıq. İndikələrə ona görə çətindi izah etmək ki, çoxu keçən tsikldə bizimlə olmayıb. Ümid edirəm ki, bu uşaq xəstəlikləri daha olmayacaq, ancaq açığı, bunun olacağını gözləyirəm. Bu da prosesin uzun olmasıyla bağlıdı. Ancaq hər halda, ümid edirəm ki, bu, son dəqiqələrdə çox olmayacaq.
- İki futbolçuya da toxunum - Rüfət Abdullazadəylə Şakir Seyidova. Çünki bunu etməməyə haqqım yoxdu. Rüfət "5+", Şakir "2-" qiymətə oynadı. İkincidə ona görə belə oldu ki, özünü ya Pele, ya Maradona sayırdı. Bunu özünüz hiss edirdiniz? Bir də Rüfət haqda fikirlərinizi öyrənmək istərdik...
- Azarkeş, jurnalist, uzun illərdi futbolda olan insan kimi fikrinizi olduğu kimi deməyə tam ixtiyarınız var. Mən baş məşqçi olaraq taktiki planda düşüncələrimi həm fasilədə söylədim, həm də matçdan sonra. Bunu oyundan sonra dəqiq analiz edəndə diqqətlərinə çatdıracağıq. Hətta Anarı (U-21-nin inzibatçısı Anar Şıxəliyev - müəllif.) stadionun ən yuxarı hissəsinə göndərdik ki, ordan videoçəkiliş etsin və bunun vasitəsilə dəqiq təhlil prosesi aparaq. Dediklərinizin hamısıyla razılaşacam, onlara bəraət qazandırmaq istəmirəm. Onlara söyləmək istədiyimi də demək istəmirəm. Sadəcə, bir şeyi deyim ki, istək çox idi, ancaq futbol yalnız bununla oynanılmır. Futbol tennis deyil ki, 1 nəfər oynasın. Burda 11 nəfər oyunçu meydanda olur. Birində də, digərində də yaxşı məqamlar da oldu, pis də. Oyunda elə də yaxşı olmayan taktiki planda məqamlar idi. Fikrimcə, dediklərinizi oxuyacaqlar və bundan yaxşı mənada dərs götürəcəklər. Artıq növbəti oyunda görəcəksiniz ki, onda sadəcə, pis gün idi. Bu, Şakirə aiddi. Rüfətə gəlincə isə bu, onda əksinə, yaxşı gün idi. İndi Abdullazadəyə bunu daha çox göstərmək lazım olacaq.
- Və bu, "planka"nı saxlamaq...
- Əlbəttə, belə oyunlarla çətin olacaq. Ancaq buna çalışmaq lazımdı (Sport24.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
20:42
Millimiz Avstraliyaya uduzdu
-
19:53
"Qarabağ" bir xalla kifayətləndi
-
15:28
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
-
13:39
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
-
13:17
Balayev(lər)in sual fobiyası... - YAZI
-
13:00
Krivotsyukun komandası həlledici mərhələyə yüksəldi
-
12:44
Bakıda Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası
-
12:21
Mahirin komandası sonda bir xalı əldən verdi
-
12:07
Derbidə sevinən tərəf "Tottenhem" oldu VİDEO
-
11:55
Baklov səhvini etiraf etdi: “Rəqibin baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim”
-
11:36
Nəriman yenə ehtiyatda oturdu
-
11:12
"Borussiya" sonda sevindi VİDEO
-
10:48
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
-
10:23
"Napoli" - "Roma" matçında 6 qol VİDEO
-
10:09
Balayev müsahibəni yarımçıq saxladı: “Səhv söhbətində...”
-
09:54
"Arsenal"ın qələbəsi VİDEO
-
09:31
Abdullazadənin komandası məğlub oldu
-
09:17
"Mançester Siti" səfərdə xalsız qaldı VİDEO
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
25.10.2026
24.10.2026
23.10.2026
























