15 Avqust 2026, Şənbə
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi

Ölkə futbolu

AFFA “Keşlə”nin məşqçisini, “Səbail” və “Qəbələ”nin isə futbolçularını cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, Premyer Liqanın XIX turunun “Neftçi” - “Keşlə” matçının 61-ci dəqiqəsində “Keşlə” klubunun köməkçi məşqçisi Azər Bağırov oyunu ləngitdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunun.

“Qəbələ” - “Səbail” oyununda “Qəbələ” klubunun 71 nömrəli futbolçusu Rüfət Əhmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Matçın 67-ci dəqiqəsində “Səbail” klubunun 20 nömrəli futbolçusu Ruslan Hacıyev “kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.

Oyun öncəsi yanğınsöndürən nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31