Ölkə futbolu
“Sumqayıt"ın futbolçusu: "Azərbaycan futbolu sürətlə inkişaf edir"
"Mehdi Şərifi yaxın dostum və "Persepolis"dən keçmiş komanda yoldaşımdır. O, Azərbaycan Premyer Liqasında çıxış edərkən ölkədəki vəziyyətdən razı idi. "Sumqayıt"dan təklif gələndə Mehdi ilə məsələhətləşdim və bu komandanı seçdim. Qərarımdan məmnunam".
Futbolxeber.az saytının məlumatına görə, bunu cənubi azərbaycanlı futbolçu Adəm Həmati IRNA-ya müsahibəsində "Sumqayıt"a keçidi barədə danışarkən deyib.
25 yaşlı yarımmüdafiəçi bildirib ki, Azərbaycan futbolunun səviyyəsi onu yaxşı mənada təəccübləndirib: "Keyfiyyət məni qane edir. Futbolun səviyyəsi yüksəkdir və komandaların infrastrukturu beynəlxalq standartlara uyğundur. Bura gəldiyim üçün həqiqətən sevinirəm".
Komanda yoldaşları ilə yaxşı münasibətdə olduğunu deyən oyunçu baş məşqçi Ayxan Abbasovun ona güvəndiyini vurğulayıb: "Məşqçilər korpusu ilə də münasibətlərim yaxşıdır. Şadam ki, baş məşqçi mənə inanır. Matçların əksəriyyətində meydana start heyətində çıxıram".
"Sumqayıt"da sağ cinah müdafiəçisi kimi çıxış edən Həmati mövqe dəyişikliyinin oyununa mənfi təsir etmədiyini söyləyib: "Bura gələnədək hücumameylli yarımmüdafiəçi kimi çıxış edirdim. Həmçinin, vinger kimi də oynamışam. Amma baş məşqçi dedi ki, sağ cinah müdafiəçisi kimi çıxış etməliyəm. Sevindiricidir ki, yeni mövqeyimə tezliklə uyğunlaşa bildim. Ayxan Abbasov da oyunumdan razıdır".
7 turdan sonra 14 xalla turnir cədvəlinin zirvəsində yer aldıqlarını xatırladan futbolçu komandada yüksək ab-havanın hökm sürdüyünü bildirib. O, hazırkı uğuru davam etdirmək iqtidarında olduqlarını vurğulayıb.
Həmati Azərbaycan Premyer Liqasında ulduz futbolçuların oynadığını bildirib: "Azərbaycanda oynamış bir çox futbolçu daha əvvəl Avropanın nüfuzlu liqalarında çıxış edib. Ötən il qanalı yarımmüdafiəçi Maykl Essyen burada oynayıb. Həmçinin, "Milan" və "Çelsi"nin sabiq qapıçısı Asmir Beqoviçi qeyd edərdim. Bu, liqanın səviyyəsinin yüksəlməsinə səbəb olub. Azərbaycan futbolu sürətlə inkişaf edir. Tezliklə Avropa standartlarına yaxınlaşacaq".
"Sumqayıt"dan komanda yoldaşı olan Əli Qurbaninin Azərbaycan millisinə dəvət almasına da münasibət bildirən yarımmüdafiəçi ona görə sevindiyini bildirib: "Yığmada bir neçə legioner çıxış edir. Əli Qurbani bu şansı əldə etdiyi üçün sevincliyəm. Mənim Kanada və İran vətəndaşlığım var. Ona görə Azərbaycan millisində oynaya bilmərəm".
Qeyd edək ki, Adəm Həmati "Sumqayıt"a 2019/2020 mövsümünün əvvəlində keçib ("Report").
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
03.11.2026
02.11.2026
























