Ölkə futbolu
Dabo: “Azərbaycanda bir gün ən yaxşısısan, ertəsi gün ən pis”
“Qəbələ” və “Neftçi”də çıxış etmiş, hazırda isə “Apollon”un formasını geyinən Baqali Dabo Kipr mətbuatına müsahibə verib.
- “Apollon”dan sizə maraq nə zaman başladı?
- Azərbaycanda çempionat davam edirdi, “Apollon” mənimlə maraqlandığı üçün mayda menecerimlə danışıq aparmağa başladı. Mən də “niyə də yox” dedim. Azərbaycanda karantin şəraitində idik, çempionatın davam edib-etməyəcəyini bilmirdik. Bu üzdən qərarımı tez verdim.
- Başqa təklifləriniz yox idi?
- Fransa, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən təklif almışdım. Ancaq yenə avrokuboklarda çıxış etmək istəyirdim. Buranı seçməyimin yeganə səbəbi də məhz Avropa Liqasında oynamaq istəyi idi. Futbolçunun bir neçə hədəfi olur, avrokuboklarda mübarizə aparmaq da onlardan biridir.
- Təkliflər hansı klublardan idi?
- Fransanın ikinci liqasında “Klermon”, “Havr”, Türkiyədə Super Liqaya vəsiqəni təmin edən “Ərzurum BB” mənimlə maraqlanırdı.
- Yəni pulu deyil, karyeranı üstün tutdunuz?
- Bəli, daha çox pul qazanmağa hələ vaxtım olacağını düşünürəm. “Apollon”da “Neftçi”dəkindən az maaş alıram. Bura gəlməyim daha yaxşı karyera qurmaq istəyimdən qaynaqlandı. Koronavirus pandemiyasından sonra bütün dünyada futbolçuların maaşlarının azaldılması normaldır. Pul itirməyim məni narahat etmədi, çünki yaxşı kluba keçdim. Mən əvvəlcə karyeranı, sonra pulu düşünürəm.
- Azərbaycanda iki dəfə çempionatın bombardiri oldunuz. Kiprdə də hədəfiniz budur?
- Mütləq hədəf bu deyil. Minimum 10 qol vurmağı düşünürəm. Əsas məqsədim komanda ilə çempion olmaqdır. Azərbaycanda keçirdiyim 4 ildə komandamla ikinci ola bildim. Ümid edirəm ki, burada dəyişiklik olacaq və çempionluq tacını alacağam. Mənim üçün 3 və ya 4-cülükdənsə, ikinci yeri tutmaq daha pisdir. Çünki çempionluğu əldən verən ilk klubsunuz. Azərbaycanda ikinci olmaq mənə çox yer edirdi.
- Kiprlə Azərbaycan çempionatı arasında nə kimi fərqlər var?
- Əvvəla burada daha çox komanda var, Azərbaycanda isə cəmi 8 klub çıxış edir. Kipr çempionatının səviyyəsi bir qədər yüksəkdir. Burada daha keyfiyyətli komandalar var. Azərbaycanda mövsüm başlayanda bilirsən ki, 2-3 komanda çempionluq uğrunda, bəziləri isə Avropa Liqası uğrunda mübarizə aparacaq. Kiprdə isə keyfiyyətli və titul uğrunda yarışan klub daha çoxdur.
- İki çempionatda oynamaq baxımından fərqlər hansılardır?
- Burada gücə daha çox diqqət yetirilir. Futbolun daha aqressiv olduğunu deməzdim, çünki bəzi hallarda 10 oyunçunun hamısının topun arxasınca qaçdığı komandalarla qarşılaşırsan. Düşünürəm ki, əsas fərq fiziki güclə bağlıdır. Azərbaycanda futbola baxış bir qədər fərqlidir. Bir gün ən yaxşısısan, ertəsi gün ən pissən.
- Azərbaycanda “Qəbələ”ni “Neftçi”yə dəyişəndə birincilərin azarkeşlərinin buna reaksiyası necə olmuşdu?
- Bəzi reaksiyalar oldu. Meydana çıxanda bununla bağlı bir şeylər yazmışdılar, mən də instaqram səhifəsi vasitəsilə buna cavab vermişdim. Ancaq “Qəbələ” azarkeşləri ilə problemim yoxdur. Bu gün də bəziləri mənə mesaj göndərir, “Apollon”da vəziyyətimi soruşurlar.
- “Neftçi”də olarkən karantin dönəmində “Qarabağ” formasında şəkliniz internetə yayıldı və bu, problemə çevrildi. Sizin buna reaksiyanız necə oldu?
- Karantin dövrü idi, evdə otururdum. Heç bir yerə getmirdim, istirahət edirdim, eyni zamanda məşqlərimi keçirdim. Həyat yoldaşım sadəcə şəklimi çəkib paylaşdı və klub bunu böyük dram kimi təqdim etdi. Halbuki xüsusi bir şey deyildi. Bu gün hamının “Qarabağ”dan danışdığını görə bilərsiniz. Sadəcə Kiprdə oynamış bir dostumun köynəyi idi. Həmin formanı Dino Ndlovu “Qarabağ”la ilk dəfə Çempionlar Liqasında oynadığı zaman geyinmişdi.
- “Qəbələ”dən “Neftçi”yə getməyinizin səbəbi nə olmuşdu?
- Müqaviləmlə bağlı müzakirələrdə fikir ayrılıqları yaşandı. Klub yeni 1 illik müqavilə istəyirdi, mən isə 2 illik. Tamamilə bir detal məsələsi idi. Həm də baş məşqçi getmişdi və hansı mütəxəssisin gələcəyini bilmirdim. Düşünürəm ki, ayrılmağın ən doğru vaxtı idi. Fikrimcə, maliyyə yox, uzunmüddətli müqavilə daha vacibdir (apasport.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
-
20:52
Boksçularımız Qazaxıstanda 3 medal qazanıblar
-
20:20
Kurban Berdiyevdən qələbə şərhi
-
20:09
Rəşad Sadıqov: “Son 6 ildə çempionatda ən çox hakim səhvi “Zirə”nin əleyhinə olub”
-
19:41
"Traktor"un qapıçısı "Sumqayıt"da
-
19:34
“Turan Tovuz” “Zirə”ni məğlub etdi
-
19:16
Mahirin komandasından növbəti məğlubiyyət
-
16:38
"Turan Tovuz" - "Zirə": Heyətlər açıqlandı
-
15:53
“Əsas məsələ mənim məhsuldar ötürmə verməyim deyil, "Neftçi"nin qələbə qazanmasıdır”
-
15:05
İtaliya millisinə 34 futbolçu dəvət aldı
-
14:27
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
13:44
U-21 millimizin heyəti açıqlandı
-
13:32
“İnter”in əfsanəsi vəfat edib
-
12:19
Bundesliqa klubunda yeni müqavilə
-
11:56
"Kəpəz" iki yoxlama oyunu keçirəcək
-
11:28
"Neftçi"nin keçmiş üzvü Sinqapurda ilk oyununa çıxdı
-
11:00
Jali Muaddib: “Əsas belə çətin anlarda qələbə qazanmaqdır”
-
10:31
Daha 2 boksçumuz Avropa çempionatında mərhələ adlayıb
-
10:15
“Çelsi” səfərdə məğlub oldu VİDEO
-
10:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:47
“Bavariya”dan darmadağın VİDEO
-
00:22
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
-
23:58
Yankoviç "Qarabağ"a 3 xal qazandırdı VİDEO
-
23:13
Qurban Qurbanov: “Dayanmaq fikrində deyilik”
-
21:35
“Neftçi" və "Qarabağ" qalib gəldi
-
21:09
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
20:16
Yuri Vernidub: "Əsas odur ki, qalib gəldik"
-
18:22
"Neftçi" yoxlama oyunu keçirəcək
-
17:51
“Naxçıvan” yeni legionerlə gücləndi
-
17:37
FIFA Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalının detallarını açıqlayıb
-
17:15
"Karvan-Yevlax"da ayrılıq
-
17:00
Respublika stadionu təmir olunacaq
-
16:44
"Qəbələ" - "Neftçi": Heyətlər açıqlandı
-
16:29
PFL sponsorluqla bağlı 3-4 şirkətlə danışıqlar aparır
-
16:18
PFL rəsmisi: “Bu, Gəncə azarkeşləri üçün də böyük bayram olacaq”
-
16:03
“Neftçi”dən Surinam millisinə
-
15:36
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti bəlli olub
-
14:52
AFFA Pakistanla futbol əməkdaşlığını müzakirə etdi
-
14:21
Güləşçilərimiz mundiala Göygöldə hazırlaşacaqlar
-
13:47
Azərbaycan Kubokunun püşkü atıldı FOTOLENT
-
13:00
Millimizin heyəti açıqlandı
-
12:15
“Turan Tovuz”un legioneri Azərbaycan millisi ilə oyuna çağırıldı
-
11:59
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
-
11:34
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
-
11:08
"Sumqayıt" "Kəpəz"lə oyuna hazırlaşır FOTOLENT
-
10:43
Hasan Şaş saxlanıldı
-
10:22
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
-
09:56
"Yuventus"dan darmadağın VİDEO
-
09:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Beşiktaş" "Marsel"ə şans tanımadı VİDEO
-
23:20
“Qəbələ”nin yeni baş məşqçisi kollektivə təqdim olundu
19.09.2026
18.09.2026
17.09.2026























