5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

"Vilyarreal"ın üzvü: "Qarabağ"la qarşılaşma asan olmadı"

"Vilyarreal"ın üzvü Alfonso Pedraza UEFA Avropa Liqasının I qrupunun 2-ci turunda "Qarabağ"a qarşı keçirdikləri oyunla bağlı paylaşım edib.

Futbolxeber.az saytının məlumatına görə, 24 yaşlı cinah oyunçusu Tvitterdə matç barədə fikirlərini bölüşüb.

90 dəqiqə meydanda olan ispaniyalı oyunçu qələbə qazandıqları üçün sevindiyini bildirib: "İkiqat xoşbəxtəm. Qarşılaşma asan olmadı. Amma bu şəkildə qələbə qazananda daha çox zövq alırsınız".

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionundakı matç "Qarabağ"ın 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirir.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31