Ölkə futbolu
Qurban Qurbanov: “Uduzsaq da, böyük təcrübə qazandıq”
"Bu gün türk qardaşlarımızın Cümhuriyyət Günüdür. Onları təbrik edirəm. Daha mehriban və möhkəm olaq".
Futbolxeber.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I qrupunun II turunda İspaniya "Vilyarreal"ına 1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis məğlubiyyətə baxmayaraq, komandasından razı qaldığını söyləyib: "Təcrübəli və sürətli komandaya qarşı oynasaq da, öz oyunumuzdan əl çəkmədik. Ustalıq fərqi var. Rəqibin oyunçularının dəyəri qat-qat çoxdur. La Liqa fərqlidir. Heyətdə problemlərimiz var idi. Dəyişiklik etməli idik. Uduzsaq da, böyük təcrübə qazandıq".
Qurbanovun sözlərinə görə, onu bu oyunda sevindirən 3 məqam olub: "Birincisi, Türkiyədə oynadıq. İkincisi, bu stadionda ab-hava çox gözəl idi. Azarkeş olmasa da, dəstək hiss etdik. Üçüncüsü, yaxşı oyun göstərdik".
Təcrübəli mütəxəssis məğlubiyyətə görə təəssüflənmədiyini söyləyib: "Hər bir baş məşqçi istəyər ki, əlindəki heyət tam sağlam olsun. Rotasiya edə bilmədik. Kaş, zədəlilərimiz olmazdı".
Hakimlik barədə danışan baş məşqçi çexiyalıların Azərbaycan klubları ilə yola getmədiyini söyləyib: "O vaxt Miroslav Zelinka İtaliya "İnter"i ilə qarşılaşmada təmiz qolumuzu saymadı. Hakimlər bu cür matçlarda diqqətli olmalıdırlar. Rəqibin futbolçularına da sarı vərəqə vermək olardı. Amma bunu etmədi. Bəlkə də penalti var idi. Amma bu cür durumlarda penalti verilib-verilmədiyini bilmirəm".
Rusiyanın "Matç TV" kanalının "Qarabağ"ın oyunlarına qadağa qoymasına da münasibət bildirən Qurbanov bunları deyib: "Məsələnin necə olduğunu bilmirəm. Amma "Matç TV"də ermənilər varsa, başqa nə gözləmək olar?! Bunlar düşük fikirlərdir. Başlarına dəysin. Onların oyunumuzu göstərməsi heç bizə lazım da deyil".
Mütəxəssis Rahil Məmmədovun çıxışını da dəyərləndirib: "Rahilə ancaq "Əhsən" deyərdim. Uzunmüddətli zədədən sonra səhvsiz oynadı. Meydanda özünü aparması, oyuna yanaşması məni çox razı saldı. Qarşıdakı matçda daha yaxşı Rahil görəcəyik".
Qurbanov deyib ki, 2-3 gündən bir oynamaq onlar üçün çox çətindir. "Bu, hazırlığımıza mane olur. İnanıram ki, qarşıdakı oyunlarda zədəli futbolçularımız sıraya dönəcək. Məqsədimiz baxımlı oyun göstərməkdir. Bu gün "Sivasspor" da uduzdu. Düşünürəm ki, maraqlı oyun olacaq".
"Bakıda oynasaydınız, fərqli nəticə qeydə alına bilərdimi?" sualına isə baş məşqçi belə cavab verib: "Burada oynamaqla Bakıda meydana çıxmaq arasında heç bir fərq hiss etmədik. Bəlkə Azərbaycanda daha böyük hesabla uduzardıq".
Baş məşqçi oyunlara fərq qoymadıqlarını vurğulayıb: "Bizim üçün hər oyun eynidir. Pandemiya klublara çox təsir edib. Daxili matçlarda rotasiya edə bilmirəm. Yorğunluq olur. Bu gün Abbas Hüseynov ay ərzində 7-ci oyununu keçirirdi. Müdafiədə problemlərimiz var. Hər zaman oyunçularımın sağlam olmasını istəmişəm" (“Report”).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
03.11.2026
02.11.2026
























