2 Aprel 2025, Çərşənbə
II Liqada XIX tura start verildi
“Neftçi”, sabaha saxlama!
Kubok üçün hakim təyinatları
“Zirə” “Şamaxı”ya qalib gəldi

Ölkə futbolu

Unay Emeri: "Qarabağ"da sürətli və təcrübəli futbolçular var"

"İki cəbhədə davamlı uğurlar üçün əl-ələ verməyə çalışırıq. Performansı qorumaq baxımından bir az səy göstərməliyik. Komandanın inkişaf etdiyini görürəm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Vilyarreal"ın baş məşqçisi Unay Emeri UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun "Qarabağ"la oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, əsas məqsədləri qrupu ilk pillədə bitirməkdir: "Sabah "Qarabağ" "Sivasspor" kimi oynayacaq. Heyətində müxtəlif ölkələrdən sürətli və təcrübəli futbolçular yer alır. Avropada oynamağa öyrəşmiş kollektivdir. Bir-birilərini yüksək səviyyədə başa düşürlər. Çətin oyun olacaq".

Komandasının ümumi vəziyyəti barədə danışan ispaniyalı baş məşqçi Sofian Çakla Funes Morinin tam sağaldığını söyləyib: "Onlar dünən kollektivlə birlikdə məşq ediblər. Dani Parexo, Pervis Estupinyan və Jerar Moreno isə zədəlidir. Amma tezliklə sıraya qayıdacaqlar".

Heyətdəki rotasiyalara da toxunan Emeri 4-2-3-1 taktiki sxemi ilə oynamağa davam edəcəklərini vurğulayıb: "Komanda inkişafdadır və getdikcə oyunçular bir-birilərini daha yaxşı başa düşürlər. Bəlkə də meydanın mərkəzində bir qədər çatışmazlıq var. Xüsusilə zədəlilər çox olanda bu, aşkar hiss olunur. B planımız da var. Lakin mən eyni üslubda davam etməyin tərəfdarıyam".

Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir (“Report.az”).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30