4 Avqust 2026, Çərşənbə axşamı
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq

Ölkə futbolu

Rza Çalımbay: "Makkabi" və "Qarabağ"a qalib gələcəyimizə inanıram"

"Çox gözəl oyun oldu. Seyr edənlər mütləq zövq alıblar. Müdafiədə çox böyük şanssızlıq yaşadıq. Amma heç ruhdan düşmədik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Vilyarreal”a 3:5 hesabı ilə məğlub olan “Sivasspor”un baş məşqçisi Rıza Çalımbay oyundan sonra mətbuat konfransında deyib.

Türkiyəli mütəxəssis qarşıdakı “Makkabi” və “Qarabağ”la oyunlarda qələbə qazanacaqlarına inandığını bildirib: “Bu oyunun cavab matçı da var. Oyunu səbirsizliklə gözləyirik. Ümid edirəm ki, onda daha yaxşı oynayacağıq. Bu oyunu təkcə özümüz üçün deyil, həm də Türkiyə üçün oynadıq. Futbolçulara inanıram, qarşıdakı oyunlardan xallar qazanacağıq. Qrupun qarşıdakı iki oyunundan qələbə ilə ayrılacağımıza inanıram”.

Qeyd edək ki, "Sivasspor" oktyabrın 29-da "Makkabi"ni (Təl-Əviv) noyabrın 5-də isə "Qarabağ"ı qəbul edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31