5 May 2026, Çərşənbə axşamı
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”

Ölkə futbolu

"Azərbaycanla oyuna 3 xal üçün çıxacağıq"

“Millətlər Liqasının ilk iki turunda - Kipr və Lüksemburqa qarşı səfər oyunlardına altı xal qazandıq. Mübarizəyə yaxşı bir başlanğıc etmək və maksimum performans göstərmək olduqca vacibdir. Ancaq əldə edilənlərdən razı qalmamalıyıq, çünki sonrakı dövrdə bizi daha böyük sınaqlar gözləyir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Monteneqro millisinin üzvü Aleksandar Bolyeviç Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda yığmamızla keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Belçikanın “Standart” klubunun yarımmüdafiəçisi millimizlə oyuna da qələbə üçün çıxacaqlarını bildirib: “Növbəti rəqibimiz Azərbaycan olacaq. Tamamilə sabahkı oyuna köklənmişik və məqsədimiz aydındır. Evdə oynayırıq, özümüzə və keyfiyyətimizə güvənirik. Buna görə də meydana növbəti 3 xal üçün çıxacağıq. Ümid edirəm ki, sabah daha yaxşı çıxış edəcəyik”.

Qeyd edək ki, sabah Podqoritsa şəhərindəki "Qradski" stadionunda keçiriləcək Monteneqro - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31