15 Oktyabr 2025, Çərşənbə
U-21 yığmamız qələbəni əldən verdi
U-17 millimiz darmadağın oldu
VIII turun hakim təyinatları
Millimiz Ukraynaya uduzdu

Ölkə futbolu

Voislav Stankoviç: “Qələbəni “Qarabağ”dan daha çox istəyirdik”

"Neftçi”nin müdafiəçisi Voislav Stankoviç Azərbaycan Premyer Liqasının 3-cü turunda "Qarabağ”la oyundan (2:1) sonra klubun rəsmi saytına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, “ağ-qaralar”ın ilk qolunun müəllifi qeyd edib ki, “Neftçi” “Qarabağ”la müqayisədə daha istəkli idi:

"Vaxt azlığına baxmayaraq, bu oyuna yaxşı hazırlaşmışdıq. Təbii ki, "Qalatasaray”la matçdan sonra psixoloji tərəfdən özümüzü toparlamaq ən vacib məsələ idi. Şadam ki, həm bunu bacarıb qələbə qazandıq, həm də qol vurdum. Mənə elə gəlir ki, biz "Qarabağ”dan daha istəkli idik, qələbəni daha çox istəyirdik. Ümid edirəm, bu qələbədən sonra qarşıdakı matçlarda daha gözəl oyun nümayiş etdirib vəziyyətimizi daha da yaxşılaşdıracağıq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31