Ölkə futbolu
Ümit Karan: "Neftçi" "Qalatasaray"ı keçə bilər, amma sürpriz gözləmirəm"
Türkiyə millisinin və “Qalatasaray” klubunun sabiq futbolçusu Ümit Karanın müsahibəsi:
- Bu yaxınlarda həvəskar komanda ilə anlaşdınız. Yenidən yaşıl meydanlara qayıtmağınızla bağlı nə deyə bilərsiniz?
- Əslində, bu, yaşıl meydanlara qayıdış deyil. Sadəcə həvəskar futbola dəstək olmaq məqsədilə reklam xarakterli bir iş gördük, fərq yaratdıq. Yəni bu, mənim futbolçu karyeramı bərpa etmək anlamına gəlməməlidir. Həvəskar futbolun da önəmli olduğunu göstərməyə çalışdıq.
- Karyeranızı bitirdikdən sonra hansı işlə məşğul olursunuz?
- Baş məşqçi kimi fəaliyyətimi davam etdirirəm. Bu yaxınlarda “Neftçi”yə uduzaraq Avropa Liqasında mübarizəni dayandıran “Şkupi” komandasına başçılıq edirdim.
- “Neftçi” - “Şkupi” oyununu izləmisiniz?
- Bəli, izlədim.
- Azərbaycan təmsilçisi ilə bağlı fikirləriniz necədir?
- Məncə, “Neftçi”nin bəxti gətirdi. “Şkupi” mərhələni keçə bilərdi.
- “Neftçi”nin oyununda hansı çatışmazlıqları gördünüz?
- O qədər detallı izləyə bilmədim. Sadəcə matçın icmalına baxdım. Rəqib azlıqda qalmasaydı, “Neftçi” üçün daha çətin ola bilərdi.
- Necə düşünürsünüz, bu, pandemiyaya görə Azərbaycan Premyer Liqasının yarımçıq dayandırılması ilə bağlı ola bilərmi?
- Hər yerdə eyni vəziyyət idi. Düzdür, pandemiya bu müddət futbola təsir göstərib. Amma şərtlər eyni idi. Tək Azərbaycanda yox, bütün dünyada belə idi.
- “Neftçi” II təsnifat mərhələsində “Qalatasaray”la qarşılaşacaq. Bu oyundan nə gözləyirsiniz?
- İki qardaş ölkənin komandaları bir-birinə qarşı oynayacaq. Kaş qarşılaşma azarkeşlərin iştirakı ilə keçirilər, Bakıda azarkeşlərimiz də görüşü izləyərdi. “Qalatasaray” aşkar favoritdir.
- “Qalatasaray” son vaxtlar yaxşı oyun sərgiləmir. Bunu nə ilə əlaqələndirirsiniz?
- Hər mövsüm çempion olacaqlar deyə bir şey yoxdur. Ötən il yaxşı çıxış etmədilər. Amma “Qalatasaray” avrokuboklarda hər zaman yaxşı oynayır. Bu mövsüm Türkiyə Super Liqasında çempionluğa ən real namizədlərdən biridir.
- Bayaq “Neftçi”nin “Şkupi” ilə oyunda şanslı olduğunu qeyd etdiniz. Sizcə, “Qalatasaray”ın da Avropa Liqasına vəsiqə qazanmaqda bəxti gətirmədi?
- Ola bilər. Amma nəticə etibarilə avrokuboklarda iştirak edəcəklər. "Qalatasaray" böyük təcrübəyə malik komandadır, həmişə yaxşı çıxış edir, Fatih Terim amili var. “Neftçi”nin işinin çətin olduğunu düşünürəm.
- “Neftçi” nəyin sayəsində mərhələ adlaya bilər?
- Bu, futboldur. Kimsə nəticəni müəyyənləşdirə bilməz. Amma futbol sürprizlərlə doludur. İstənilən halda, “Neftçi” üçün çox çətin olacaq.
- “Neftçi”nin “Qalatasaray”ı keçməsi sensasiya sayıla bilərmi?
- Mən hansısa sürprizin olacağını düşünmürəm.
- Bəs olsa, necə?
- Futbolda hər şey mümkündür. “Bavariya” “Barselona”ya 8 qol vurdu. Bunun özü də sürpriz idi. Futbolun nəticəsi əvvəldən bilinmir. “Qalatasaray” öz günündə olmaya və uduza bilər. Amma bunlar çətin ehtimallardır.
- Vaxtilə vurduğunuz qollarla “Qalatasaray”a vacib qələbələr qazandırmısınız. Son illər sanki Türkiyə futbolunda yerli hücumçu problemi var...
- Bəli, hazırda belə bir problemimiz var.
- Əslində, bu, Azərbaycanda da, digər ölkələrdə də var. Burak Yılmazdan sonra sanki yüksək səviyyəli hücumçu yetişmir. Bunu nə ilə əlaqələndirərdiniz?
- Burak var, Cenk Tosun var. Amma onlar da karyeralarının sonuna yaxınlaşırlar. Bunlardan sonra yetişən forvardlar yoxdur. Milli komanda da hücumçu sarıdan əziyyət çəkir. Serbiya ilə UEFA Millətlər Liqasının oyununda da bunun şahidi olduq. Ümumiyyətlə, bütün dünyada hücumçu problemi hiss olunur. Ən böyük sıxıntı isə Türkiyədədir (“Report”).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Canninin gəlişindən sıxılan canlar
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- “Neftçi”nin yarımmüdafiəçisi oynadı, komandası qalib gəldi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- “Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar
- İspaniya - Xorvatiya matçında 5 qol
- İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi
- Fərrux Hüseynzadəyə beynəlxalq təyinat
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
-
09:00
"Turan" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
21:39
Stoiçkov Bakıda 120-dən çox uşağın iştirak etdiyi futbol festivalına qatıldı
-
20:52
Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb
-
20:31
Millimiz Vyetnama məğlub oldu
-
19:00
Balabəy Ağayev Əbu-Dabidə qızıl medal qazanıb
-
18:43
Könül Əliyevadan "Böyük Dəbilqə"də tarixi nəticə
-
18:25
“Neftçi” "Şamaxı" ilə oyunun hazırlığını davam etdirir
-
17:16
1/8 finalın bütün cütləri bilindi
-
16:54
Azərbaycan kubokunda II mərhələyə yekun vuruldu
-
16:37
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib
-
16:08
Xristo Stoiçkov Bakıda
-
15:25
Azərbaycan millisi Asiya Kubokunda qızıl medal qazanıb
-
14:42
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
-
14:19
Dünya çempionatı: üç güləşçimiz uduzdu
-
13:51
Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
-
13:00
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
-
12:43
"Yuventus" səfərdə xalsız qaldı VİDEO
-
12:28
X turun hakim təyinatları açıqlandı
-
11:56
Azərbaycanlı gənc futbolçu İspaniya klubunda
-
11:34
"Napoli"dən 4 qollu qələbə VİDEO
-
11:17
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Yaxşı mənada təəccübləndirdilər”
-
10:45
"İnter" sonda sevindi VİDEO
-
10:22
Bədavi Hüseynov: “Neftçi” ilə oyunda qazanılan xal qızıla bərabərdir”
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bilindi
-
21:34
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
-
21:22
Rəşad Sadiqov: “Bu cür mübarizə aparmaq özü böyük nailiyyətdir”
-
21:07
Azərbaycan kuboku: Daha 5 komanda 1/8 fnalda
-
20:56
Famil Xəlilov: “Bu futbolçulara inanmaq lazımdır”
-
19:29
Millimiz Cəbəllütariqə qalib gəldi
-
19:15
Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyununda uduzdu
-
18:00
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
-
17:43
“Qarabağ” “Dinamo”ya uduzdu
-
17:28
Dakar-2026-da Azərbaycanın bayraqdarları onlar olacaq
-
17:14
“Birbaşa Bakı”nın məqsədi təkcə titulu geri qaytarmaq yox, həm də hələ də ən güclü olduğunu sübut etməkdir”
-
16:57
10 komandaya texniki məğlubiyyət verildi
30.10.2026
29.10.2026
28.10.2026
























