19 Oktyabr 2025, Bazar günü
Vensan Abubakar Bakıya gəldi
Saşa İliç qələbəni şərh etdi
"Sumqayıt" darmadağınla III pillədə
"Kəpəz" və "Qarabağ" qalib gəldi

Ölkə futbolu

"Neftçi"dən azarkeşlərə müraciət: “Hədəf 100 000 abunəçidir!”

"Əziz “Neftçi” azarkeşləri! Ölkədə ilk klub televiziyası “Neftçi TV” artıq fəaliyyətə başlayıb. Çalışırıq ki, sizə gün ərzində komandamız haqqında dolğun, düzgün xəbərlər çatdıraq, tariximiz haqqında geniş məlumat verək, maraqlı proqramlar hazırlayaq. Gün keçdikcə daha çox yeni verilişlərlə qarşınıza gələcəyik. Sizin dəstəyinizə ehtiyacımız var".

Futbolxeber.az saytının məlumatına görə, bu sözlər "Neftçi"nin azarkeşlərinə ünvanladığı müraciətdə yer alıb.

Klub fanatlarından bu yaxınlarda fəaliyyətə başlayan klub televiziyasına abunə olmağı xahiş edib.

Müraciətdə əsas hədəfin abunəçi sayının 100 000-ə çatdırılmasından ibarət olduğu vurğulanıb: "Hesab edirik ki, hazırda “Neftçi” azarkeşlərindən ən azı 100 minə yaxını “YouTube” istifadəçisidir. Kanalın abunəçi sayı isə 21 700 nəfərə yaxındır. Buna görə də abunəçi sayının çox az olduğunu hesab edirik və bu postu görən hər birinizdən dəstək gözləyirik. Bunu paylaşın və hər kəsi “Neftçi TV”yə abunə olmağa səsləyin. Hədəf 100 000 abunəçidir!"

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31