Ölkə futbolu
“ÇL-də oynayacağıqsa, düşünürəm ki, bizə heç olmasa, Bakıdan kənarda şərait yaradılacaq”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Ağdam klubunun mükafatlandırma mərasimindən sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə çempionluq təəssüratlarını bölüşüb.
- Sevinirik ki, medalımıza qovuşduq. Amma istərdik ki, daha fərqli şəraitdə olsun. Vəziyyəti çox gözəl başa düşürük, durum yaxşı deyil. Ölkəmizdə virusun yayılması artıb. Bu çempionluqda klubdakı hər kəsin böyük əziyyəti oldu. Hər kəsi təbrik edirəm. İstərdik ki, kuboku azarkeşlərin önündə qaldıraq. Ancaq düşünürəm ki, onlar bizimlədilər. Hamısına təşəkkür edirəm. 8 oyunu keçirmədik, amma hər bir qərara hörmətlə yanaşırıq.
- Transferlərlə bağlı məsələ nə yerdədir?
- Bir mərkəz müdafiəçisi ilə razılıq əldə etmişik. Sadəcə, bu duruma görə hələ qalıb. Ola bilər ki, transferlər bir az geciksin. Ancaq istədiyimiz oyunçuları gətirə biləcəyimizi düşünürük. Çətin dönəmdir. Razılaşsaq belə, istədiyimiz oyunçuları tez gətirə bilmərik. Rəşadla futbolçu kimi yollarımızı ayırdıq. Əvvəl də fikirlərimizdə bildirmişdik ki, son mövsümüdür. Ona təşəkkür etmək istəyirəm. Klub üçün çox böyük işlər gördü, bütün futbolçulara dəstək oldu. Mənim üçün bir məşqçi olaraq belə futbolçu ilə ayrılmaq çətindir. Əvvəlcədən bu qərarı vermişdik. Əslində, o keçən il karyerasını bitirmək istəyirdi, mən qoymamışdım.
- Rəşad Sadıqov məşqçi kimi klubda qalacaqmı?
- Konkret cavab verə bilməyəcəyəm. Bir qədər vaxt lazımdır ki, hər şeyi götür-qoy edək. Çox istəyərəm ki, bir yerdə olaq. Qoy, bir az istirahət etsin, özümüz də futboldan uzaq olaq. Ondan sonra qərar verəcəyik.
- Yaxşı tanıdığınız futbolçulardan hansısa biri qayıda bilərmi? Məsələn, Riçard Almeyda, Pedro Enrike...
- Rəhbərliklə görüşümüz olmayıb. Həmişə xoşlamışam ki, bir işi tam başa vuraq, sonra növbəti addımları müzakirə edək. Pandemiya hamıya böyük zərbə oldu, bizə də təsiri var. Hər bir halda, komandanı qoruyub saxlamağa çalışmışıq. Futbolçuların qayıdışı halları olub, indi olacağını desəm, doğru olmaz. Bəlkə, gələcəkdə mümkün oldu. Gedişata baxacağıq.
- Hazırlıq planları necə olacaq?
- Çox çətin dövrdür. İki gün əvvəl planlarımız başqa idi, indi tamamilə fərqlidir. Heç gözləmirdik ki, yenidən belə karantin olsun və avqustun 1-nə kimi uzanacaq. Çox çətin situasiyadır. Son oyunumuzu martın əvvəlində oynamışıq. O vaxtdan iki yoxlama matçımız olub. Avqustun 17-18-də Çempionlar Liqasında ilk oyunumuz olacaq. Ona qədər hazırlaşmağımız çox çətindir. Bunun üçün yaxşılığa doğru dəyişiklik olmalıdır. Hansısa formada bizə məşq etməyə icazə verilsəydi, yaxşı olardı. Ölkə xaricinə çıxmasaq belə, burda hazırlıq əldə etmək olar. Digər klublarla yoxlama oyunları keçirməyimiz mümkündür. İnanıram ki, ayın 5-dən sonra belə bir şərait yaradılar. Alınmasa, tam fərqli şeylər düşünməliyik. ÇL-də oynayacağıqsa, düşünürəm ki, bizə heç olmasa, Bakıdan kənarda şərait yaradılacaq.
- Legionerlərin ailələrinə baş çəkməsi, yollarınızı ayırdıqlarınızın getməsi üçün bir fikir varmı?
- Bir neçə günə klub tərəfindən məlumat veriləcək. İcazə olmadıqca burda qalacaqlar. İmkan olduqca, məşq edəcəklər. Elə durumdur ki, səbrli olmalıyıq. Mütləq evə getmək istəmək kimi bir şey olmamalıdır. Çətinlik var, ən yaxşısını etməyə çalışacağıq (futbolpress.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
13:17
Balayev(lər)in sual fobiyası... - YAZI
-
13:00
Krivotsyukun komandası həlledici mərhələyə yüksəldi
-
12:44
Bakıda Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası
-
12:21
Mahirin komandası sonda bir xalı əldən verdi
-
12:07
Derbidə sevinən tərəf "Tottenhem" oldu VİDEO
-
11:55
Baklov səhvini etiraf etdi: “Rəqibin baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim”
-
11:36
Nəriman yenə ehtiyatda oturdu
-
11:12
"Borussiya" sonda sevindi VİDEO
-
10:48
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
-
10:23
"Napoli" - "Roma" matçında 6 qol VİDEO
-
10:09
Balayev müsahibəni yarımçıq saxladı: “Səhv söhbətində...”
-
09:54
"Arsenal"ın qələbəsi VİDEO
-
09:31
Abdullazadənin komandası məğlub oldu
-
09:17
"Mançester Siti" səfərdə xalsız qaldı VİDEO
-
09:10
DÇ: Millimiz bu gün 2 oyun keçirəcək
-
09:00
Premyer Liqamızda IX tura yekun vurulur
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
25.10.2026
24.10.2026
23.10.2026
























