Ölkə futbolu
“Heydər Əliyev zəng edib, yalnız qalib gəlmək göstərişi vermişdi”
Şərqşünas, tarix üzrə fəlsəfə doktoru, “Bakı” Futbol Klubunun sabiq vitse-prezidenti, “Toplu Bakı” jurnalının baş redaktoru Nail Əliyev sportinfo.az-a üçün yazısında xstirələrini bölüşüb. İlk hissədə tarixi köklərindən, uşaqlığından, futbola həvəsindən, eləcə də “Bakı”nın prezidenti Hafiz Məmmədovla gənclik xatirələrindən danışan http://www.futbolxeber.az/news/country/53943 Nail Əliyev bu dəfə daha çox Əhməd Ələsgərovun xatirələrindən söz açıb:
“KİM QANUNİ YOLLA MİLYONER OLMAQ İSTƏYİRSƏ, ŞƏRQŞÜNAS OLMALIDIR”
“1982-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul oldum. Bu fakültə sovet dönəminin çox prestijli təhsil ocaqı sayılırdı. Fars bölməsinə 7, ərəbə 10, türkə 5 yer ayrılırdı, Tələbələr çox savadlı və bilikli, qəbul isə çox çətin idi. Mərkəzi Komitə sənədləri yoxlayıb, nəzarətə götürürdü.
Sovet dönəmində bir deyim var idi: “Kim qanuni yolla milyoner olmaq istəyirsə, şərqşünas olmalıdır”.
Bizim tələbələr 3-cü və 5-ci kursda 2 il müddətinə xarici ölkələrə ezam olunub, aya 2-3 min çek-bond məvacib alırdı. Bizim üçün Bakıda "Çinar", Moskvada "Beryozka" valyuta mağazaları fəaliyyət göstərirdi. Sərbəst şəkildə "QAZ-24", korperativ ev və s. almaq mümkün idi. Təhsili başa vurduqdan sonra SSRİ Xarici İşlər Nazirliyinin diplomatik korpusuna işə götürülürdük.
Dekanımız akademik Vasim Məmmədəliyev idi. O, "Quran"ı Azərbaycan dilinə tərcümə etmişdi. SSRİ-nin aparıcı elm adamları, profosserlar - Mübariz Əlizadə, Malik Mahmudov, Həsən Mahmudov və akademik Fuad Qasımzadə bizə dərs deyirdi.
Əbülfəz Elçibəy Misirdən qayıtdıqdan sonra bizim fakültənin yanında Əlyazmalar Fondunda şöbə müdiri vəzifəsində çalışmağa başladı.
Bakıda Fəvvarələr Meydanının yanında - atamın dostu, boks üzrə SSRİ idman ustası, Tofiq Bəhramov adına Raspublika stadionunun direktoru Adil Ağayevin evində qalırdım.
Dostlarımızla "Malakan" bağında görüşürdük. "Neftçi"nin oyunlarına bilet tapmaq cox çətin idi. Adil Ağayev mənə və azarkeş dostlarıma 15-ci sektorda şəxsi yer ayırmış və bütün ev oyunları üçün üzvlük vermişdi.
Əhməd Ələsgərov komandaya yeni ruh vermişdi. Çox güclü məşqci və psixoloq idi. Sonralar Əhməd Ələsgərovu "Bakı"ya dəvət edəndə, onunla uzun-uzadı söhbətimiz oldu, arxivlərini mənə verib, 1966-cı ildə "Neftci"nin bürünc medal qazanmasından və s. bəhs etdik”.
“HEYDƏR ƏLİYEV ZƏNG EDİB, YALNIZ QALİB GƏLMƏK GÖSTƏRİŞİ VERMİŞDİ”
Əhməd Ələsgərovun həmin xatirələrdən bir neçəsini sizin nəzərinizə çatdırıram:
"Bir dəfə "Neftçi" Moskvada "Dinamo" ilə qarşılaşmalı idi. Oyunqabağı mənə dedilər ki, Anatoli Banişevski Moskva mehmanxanasında yeyib-içib, indi sərxoşdur.
Boris Xetaqurovnan birlikdə onu tapıb gətirdim mehmanxanaya. Soyuq duşun altına salıb, özünə gəlməsinə çalışdım. Dedim ki, sabah oyuna Ali Sovetin sədri gələcək. Ona dedim ki, əgər oyunu udmasaq, qol vura bilməsən, özündən küs!
Səhər Anatoli qol vurdu, oyunu udduq. Oyundan sonra Ali Sovetin sədri bizimlə görüşdü və təbrik etdi. Banişevskidən nümünə götürməyi tövsiyə etdi.
Dahi bəstəkarımız Qara Qarayev Moskvadakı oyunlarımıza gələrdi...
81-ci ildə Tiflis "Dinamo"su Avropa Kuboklar Kubokunun sahibi olmuşdu. Moskvada "Politbiro"nun iclasından sonra Eduard Şevarnadze komandası haqqında mərhum Heydər Əliyevə ağız dolusu danışmışdı. Ondan sonra SSRİ güclülər dəstəsində "Dinamo"nun ilk oyun Tiflisdə "Neftçi" ilə idi.
Ümumilli lider Heydər Əliyev mənə zəng edib, yalnız qalib gəlmək göstərişi vermişdi.
60000-lik Respublika stadionu azarkeşlərlə dolu idi. Ağır keçən oyunda İsgəndər Cavadov və Şakir Qəribov fərqlənməsiylə 2:1 qalib gəldik. Yerli azarkeşlər və "Dinamo"nun oyunçuları şokda idi.
SSRİ yiğmasının kapitanı Civadze, Qobeliya, Kipiani, Daraseliya, Sulakvelidze, Macaidze qardaşları, Qucayev, Şengeliya və başqaları bizim komandanın oyuncuları ilə birlikdə meydancanın ortasında qalmışdı. Daxili Qoşunlar futbolçuları birtəhər meydançadan çıxarıb, inzibati binaya yerləşdirdi.
Məni bir otağa aparıb, Bakıdan zəng gəldiyini dedilər. Bildirdilər ki, telefonda Heydər Əliyevdir. O, komandanı təbrik etdi və söylədi ki, bir azdan ona Şevarnadze zəng vuracaq.
Dedi ki, narahat olmayın, hər şey nəzarətdədir Az sonra Eduard Şevarnadze də zəng vurub komandanı təbrik etdi və bütün qafqazlıların çılğın olduğunu bildirdi.
1982-ci ildə "Neftçi" Bakıda SSRİ çempionu "Spartak"ı qəbul edirdi. Yığmanın üzvlərindən təşkil olmuş Renat Dasayev, Vaqiz Xidiyatulin, Oleq Romantsev, Qavrilov, Şablo, Cerenkov, Radionov və başqaları bura gəlmişdi. "Neftçi" 4:3 hesabıyla qələbə qazandı. Qolların ikisini Səmədağa Şıxlarov, Şakir Qəribov və Mixaylevski vurdu”.
“BANİŞEVSKİ AZƏRBAYCANI HEÇ YERƏ DƏYİŞMƏDİ”
“Azərbaycan Ələkbər Məmmədov kimi futbolçu yetişdirmişdi. O, İtaliyada "Milan"nın qapısına 4 top vurmuşdu. O, SSRİ yığmasının aparıcı oyunçusu idi. Anatoli Banişevski dahi futbolçu idi. "Marakana" stadionunda Pelenin başcılıq etdiyi Braziliya yiğmasına qol vuran və qalib gələn yegənə sovet futbolçusudur.
Banişevski doğma Bakıya, "Neftçi"yə çox bağlı idi, ona çoxlu təkliflər gəlirdi, lakin Azərbaycanı heç yerə dəyişmədi. Həm də "Neftçi"də cox güclü futbolçular oynayırdı. Serqey Kramarenko, Semiqlazov, Yaşar Babayev, Adil Babayev, Kazbek Tuayev, Mübariz Zeynalov, Qryazev, Bruxti, Valeri Hacıyev...
Sonradan komandaya Ruslan Abdulayev, Rafiq Əlizadə, Səməd Qurbanov ("Jiquli"), Əbdulqəni Nurməmmədov, Elbrus Abbasov, Əli Rəhmanov, Asəf Namazov, Asif Əliyev, Asim Xudiyev, Rəşid Özbəyov, Əsgər Abdulayev, İqor Ponamaryov, Nazim Suleymanov, Novruz Əzimov, Yunis Hüseynov, Mehman Alahverdiyev və başqaları qoşuldu.
Mərkəzi Komitənin Birinci katibi, mərhum Heydər Əliyev "Neftci" rəhbərliyini qəbul edib, yerli futbolçuların hazırlanmasını tapşırıq vermişdi. Bundan sonra İttifaqda ilk dəfə olaraq Bakıda "Neftci" üçün baza tikildi”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Canninin gəlişindən sıxılan canlar
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- “Neftçi”nin yarımmüdafiəçisi oynadı, komandası qalib gəldi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- “Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar
- İspaniya - Xorvatiya matçında 5 qol
- İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi
- Fərrux Hüseynzadəyə beynəlxalq təyinat
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:30
Azərbaycan millisi dünya çempionatında son oyununa çıxır
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
-
09:00
"Turan" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
21:39
Stoiçkov Bakıda 120-dən çox uşağın iştirak etdiyi futbol festivalına qatıldı
-
20:52
Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb
-
20:31
Millimiz Vyetnama məğlub oldu
-
19:00
Balabəy Ağayev Əbu-Dabidə qızıl medal qazanıb
-
18:43
Könül Əliyevadan "Böyük Dəbilqə"də tarixi nəticə
-
18:25
“Neftçi” "Şamaxı" ilə oyunun hazırlığını davam etdirir
-
17:16
1/8 finalın bütün cütləri bilindi
-
16:54
Azərbaycan kubokunda II mərhələyə yekun vuruldu
-
16:37
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib
-
16:08
Xristo Stoiçkov Bakıda
-
15:25
Azərbaycan millisi Asiya Kubokunda qızıl medal qazanıb
-
14:42
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
-
14:19
Dünya çempionatı: üç güləşçimiz uduzdu
-
13:51
Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
-
13:00
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
-
12:43
"Yuventus" səfərdə xalsız qaldı VİDEO
-
12:28
X turun hakim təyinatları açıqlandı
-
11:56
Azərbaycanlı gənc futbolçu İspaniya klubunda
-
11:34
"Napoli"dən 4 qollu qələbə VİDEO
-
11:17
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Yaxşı mənada təəccübləndirdilər”
-
10:45
"İnter" sonda sevindi VİDEO
-
10:22
Bədavi Hüseynov: “Neftçi” ilə oyunda qazanılan xal qızıla bərabərdir”
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bilindi
-
21:34
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
-
21:22
Rəşad Sadiqov: “Bu cür mübarizə aparmaq özü böyük nailiyyətdir”
-
21:07
Azərbaycan kuboku: Daha 5 komanda 1/8 fnalda
-
20:56
Famil Xəlilov: “Bu futbolçulara inanmaq lazımdır”
-
19:29
Millimiz Cəbəllütariqə qalib gəldi
-
19:15
Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyununda uduzdu
-
18:00
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
-
17:43
“Qarabağ” “Dinamo”ya uduzdu
-
17:28
Dakar-2026-da Azərbaycanın bayraqdarları onlar olacaq
-
17:14
“Birbaşa Bakı”nın məqsədi təkcə titulu geri qaytarmaq yox, həm də hələ də ən güclü olduğunu sübut etməkdir”
-
16:57
10 komandaya texniki məğlubiyyət verildi
-
16:42
AFFA-dan "Səbail"in prezidentinə 4 oyunluq cəza
-
16:35
"Qarabağ" 6 min manat cərimələndi
-
16:29
Ribeyro 2 oyunluq cəzalandı
-
15:51
Mehdi Cənnətov: “İki dəfə hesabda geri düşsək də...”
-
14:46
Boksçularımlzln 2026-cı ildə Avropa çempionatlarında qazandığı medalların sayı 25-ə çatıb
-
13:00
İspaniya klubunda baş məşqçi istefası
-
12:14
“Zirə”nin kapitanı: “İstəyirdik ki, 90 dəqiqə ərzində oyunu bitirək”
-
11:58
FIFA U-15 dünya çempionatının iştirakçıları üçün əyləncəli festival təşkil olunub
-
11:36
Dünya Atletikasının dəstəyi ilə Bakıda məşqçilər üçün seminar başlayıb
30.10.2026
29.10.2026
28.10.2026
























