3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Ölkə futbolu

Cari mövsümdə 6, tarixdə 16

Koronavirus pandemiyası üzündən dayandırılan Azərbaycan Premyer Liqasının baş tutan 20 turunun ən məhsuldar oyunlarında 6 qol vurulub.

Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, buna 2 dəfə təsadüf olunub. Ötən il oktyabrın 27-də keçirilən “Sumqayıt” - “Neftçi” (2:4) və bu il fevralın 15-də baş tutan “Zirə” - “Qarabağ” (0:6) matçları daha məhsuldar keçib.

Azərbaycan çempionatları tarixinin ən məhsuldar qarşılaşmasında isə bundan 10 top çox - 16 qol vurulub. 1992-ci ildən təşkil olunan yarışın mütləq rekordu 1996/97 mövsümündə qeydə alınıb. Həmin çempionatda baş tutan Qərb derbisində “Kəpəz” “Şəmkir”i 14:2 hesabı ilə məğlub edib.

Üç qarşılaşmada isə 12 qol qeydə alınıb. Bu oyunlardan ikisi də “Kəpəz”in qalib gəldiyi matçlardır. Gəncəlilər səfərdə Neftçala “Pambıqçı”sını 10:2, evdə Qusar “Şahdağ”ını 11:1 hesabı ilə məğlubiyyətə uğradıb.

12 və daha çox qolun vurulduğu qarşılaşmalardan biri heç-heçə başa çatıb. 6:6 hesabı ilə nəticələnən “Viləş” - “Turan” oyunu ölkə çempionatlarının ən məhsuldar bərabərliyidir.

Azərbaycan çempionatlarının ən məhsuldar oyunları:

1996/97 mövsümü

23.11.1996. “Kəpəz” - “Şəmkir” 14:2

1995/96 mövsümü

03.03.1996. “Pambiqçı” N - “Kəpəz” 2:10

1998/99 mövsümü

19.09.1998. “Kəpəz” - “Şahdağ” Qs 11:1

1998/99 mövsümü

25.04.1999. “Viləş” - “Turan” 6:6

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31