4 Avqust 2026, Çərşənbə axşamı
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq

Ölkə futbolu

Kintana: “Qarabağ”da həyəcan var”

“Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana noyabrın 28-də “Sevilya”ya qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin oyunu ilə bağlı fikirlərini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, o, pley-off-a yüksəlmək üçün komandası İspaniyada xal qazanmalı olduqlarını bildirib:

“Əlbəttə, biz bilirik ki, bu, çətin olacaq. “Sevilya” əla komandadır. Lopeteqinin gəlişindən sonra müsbətə doğru dəyişiklik gedir. Bundan başqa, “Sevilya”nın Avropa Liqasında uğurlu təcrübəsi var. Mənim üçün onlar turnirin favoritidirlər”.

Dani qeyd edib ki, qarşıdakı oyuna görə həyəcanlıdırlar: “İndi yaxşı məqam deyil. Çünki nəticələrimiz yaxşı sayılmır. Amma inanıram ki, komandada istək olacaq. “Sevilya” ilə matç qarşıdakı oyuna xüsusi əhəmiyyət verir. Biz müsbət nəticə qazanmalıyıq”. 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31