5 Avqust 2026, Çərşənbə
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

“Sabah”da xorvatiyalı baş məşqçi

"Sabah”ın yeni baş məşqçisi müəyyənləşib.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, komandanı bundan sonra Jelko Sopiç çalışdıracaq. 45 yaşlı məşqçi ilə 1,5 illik müqavilə bağlanıb.

Xorvatiyalı mütəxəssis futbolçu karyerası ərzində Xorvatiyanın “Zaqreb”, “Slaven Belupo”, “Lokomotiva”, Almaniyanın “Borussiya” (Münhenqladbax), “Rot Vays Alen” klublarında çıxış edib.

Sopiç məşqçi karyerasına Zaqrebin “Lokomotiva” klubunda (2011/12) başlayıb. Bu klubda köməkçi məşqçi kimi çalışmış xorvat mütəxəssis, daha sonra Xorvatiyanın “Rudes” (2012/15) və “Dinamo Zaqreb B” (2015/16) klublarında baş məşqçi, “Dinamo Zaqreb”in əsas komandasında (2016/17), Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubunda (2017/18) köməkçi məşqçi, “Əl-Əyn”in U-21 komandasında (2018/19) baş məşqçi vəzifəsində çalışıb. 2016/17 mövsümündə 1 ay Zaqreb “Dinamo”sunda, 2018/19 mövsümündə isə 3 oyunda “Əl-Əyn”də baş məşqçi funksiyasını yerinə yetirib.

“Əl-Əyn”lə BƏƏ çempionluğunu və “Prezident kuboku”nu qazanıb (2017/18). Bu klubun U-21 komandası ilə ölkə çempionu olub (2018/19).

31 yaşlı xorvatiyalı mütəxəssis Marko Lozo Sopiçin köməkçisi təyin olunub.

Xatırladaq ki, müvəqqəti olaraq baş məşqçi funksiyasını yerinə yetirən İqor Ponomaryov klubda Müşahidə Şurasının üzvü kimi fəaliyyətini davam etdirəcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31