5 Avqust 2026, Çərşənbə
“Şamaxı” “Qəbələ”yə qalib gəldi
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu

Ölkə futbolu

Premyer Liqada 75-ci oyun, 35-ci qol, “Neftçi”də 15-ci qol

“Neftçi”nin fransalı futbolçusu Baqali Dabo Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə qol hesabını açıb.

Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, meydana çıxdığı əvvəlki 5 oyunda rəqib qapısına yol tapa bilməyən hücumçu “Zirə” ilə VIII turun ev görüşündə (3:0) fərqlənib.

Bu, Baqali üçün yubiley qolu olub. O, Premyer Liqada 35-ci dəfə topu rəqib qapısından keçirib. Bu qollardan 15-i “Neftçi”nin heyətində vurulub. İlk dəfə 2016/17 mövsümündə fərqlənən fransalı digər 20 qolunu “Qəbələ”nin heyətində vurub.

“Zirə” ilə görüş həm də Baqalinin Premyer Liqadakı yubiley - 75-ci oyunu olub. O, “Qəbələ”də 43, “Neftçi”də 32 oyun keçirib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31