Ölkə futbolu
"Ermənilər "düşüklük" edir"
"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun müsahibəsi
- Gərgin keçən oyunda "Düdelanj"ı səfərdə məğlub etməyi bacardınız. Oyun haqda fikirlərini bilmək istəyirik...
- Bizim üçün vacib səfər qarşılaşması idi. Başa düşürdük ki, turnirdə qalmaq, qrupdan çıxmaq şanslarımızı saxlamaq istəyiriksə, səfərdən yaxşı nəticə ilə qayıtmalıyıq. Oyuna aqressiv başladıq. Rəqibimiz səfərdə APOEL üzərində qələbə qazanmışdı. İlk dəqiqələrdən rəqibi təzyiq altında saxlamaq istəyirdik. Bilirdik ki, rəqib müdafiədən oyun qurmağa çalışıb, kombinasiyalı oyuna üstünlük verəcək. Düşündüklərimiz uğurlu alındı. İki erkən qol vurduq və oyun bizim üçün daha da rahat məcrada keçdi. Bir ara məlum səbəblərdən oyun dayandı. Amma fasilədən sonra yenə də rahatlaşmadıq, boşalmadıq, psixoloji cəhətdən sınıqmadıq və oyunumuza davam etdik. Nəticədə də qələbə ilə başa vurduq matçı.
- Fasilə yaranandan sonra meydana qayıtdınız. Komandada belə fikir var idi ki, mümkün qədər çox qol vuraq?
- Xeyr, elə fikir yox idi. Bizim üçün əsas olan üç xal idi. Amma başa düşürdük ki, 2:0 da sürüşkən hesabdır və rəqibin tam təslim olması üçün 3, 4-cü qolları vurmaq lazımdır. Öz aramızda da danışırdıq ki, bir qol da vurmalıyıq ki, oyun bitsin.
- APOEL “Sevilya”ya səfərdə uduzdu və “Düdelanj” üzərindəki qələbədən sonra “Qarabağ” hazırda ikinci pillədədir. Bu haqda nə deyəcəksən?
- Həmin oyundan məlumatımız var. APOEL “Sevilya”ya çox qol epizodu vermədi. Amma fərqli oyun gözləyirdik. Qarşıda bizi APOEL-ə qarşı iki vacib oyun gözləyir. Ciddi hazırlaşacağıq. Əgər qrupdan çıxmaq istəyiriksə, nə hesablama aparmalıyıq, nə də qrupdan çıxmaq barədə danışmalıyıq. Yalnız APOEL-lə oyunu düşünməliyik.
- “Arsenal”la Londondakı oyunda da erməni təxribatı ilə üzləşmişdiniz. Dünən də “Düdelanj”la görüşdə eyni adamlar təxribat törətdi. Buna necə şərh verəcəksən?
- Bilmirəm kəm düşüncəlidilər, yoxsa intelekt səviyyələri aşağıdır. Doğurdan loru dildə desək, “düşüklük” edirlər. Bu onlara nə verir axı? Dünən bizə nə etdilərki guya? Biz olan yerə bayraq sancmaq istəyirsənsə, bunun bir mənası var da, meydana girib bayrağı sancırsan. Bunun başqa mənası yoxdu axı. Təyyarə hündürlüyündə bayrağı fırlayırlar, bu sizə nə verirki? Həqiqətən də ermənilərin aşağı millət olduğunu bir daha göstərdilər. Bunların düşüncəsi, psixologiyası aşağıdır. Bir daha zəif olduqlarını göstərirlər. Biz halal zəhmətimizlə uğur əldə edirik, bunlar gəlib orada dronla bayraq fırlayırlar. Əgər bu onlar üçün təsəllidirsə, qoy hər oyunda fırlasınlar. Biz də əlimizdən gələn qarşılığı verəcəyik. Necə ki dünən verdik. Hakimə bildirdik ki, bu vəziyyətdə oynamayacağıq. Bayraq, bayraq da deyirəm, mənim üçün o bayraq deyil. Sonra elə oldu ki, hakim bizi meydandan çıxarmaq istədi. Biz razılaşmadıq, dedik ki, dron getsin sonra çıxacağıq. İçəri getdik, Lüksemburqun idman naziri gəldi üzr istədi və söz verdi ki, bir də olmayacaq. Mən də dedim ki, yenə həmin dron gəlsə yenə dayanacağıq, oynamayacağıq. Həmin bayraq orada fırlanana qədər biz orada oynamayacağıq dedim. Təhlükəsizliyi gücləndirdilər, bir də həmin dronu görmədik. Çalışdıq oyunumuzu davam etdirək. Hamımız üçün həssas məqamdır. Biz futbolçular da həmin anda heç nə düşünmürük. Amma bizim xalqımıza, millətimizə ən vacib olan bu qələbələrdir. Onlar hamısı ucuz şeylərdir. “Arsenal”la oyunda meydana girib, daha sonra qaçırlar, burada göydə bayraq fırladırlar. Nə etmək istədiklərini özləri də bilmir. Ya çıxın qabağımıza bu bayraqla. Sən mənə etiraz bildirmək istəyirsən? Biz oteldə oluruq da onsuzda. Mən “Qarabağ”ın futbolçusuyam, kapitanıyam. Çıx həmin bayraqla otelin ətrafında qabağıma. Biz onsuzda oralarda oluruq, gəzirik. Ya gəl, otelə lobbiyə çağır. Bu nədir də belə? Oyun gedir, əlimiz-qolumuz bağlı, özünüz üçün bayraq fırlayırsız. Mən buna bir anlam verə bilmirəm. Bunu edirlər, hər dəfə də öz başlarında “çatlayır”, uduzan onlar olur.
- Drondan istifadə etmək üçün şəhər rəhbərliyindən rəsmi şəkildə icazə alınmalıdır. Lüksemburq tərəfi Azərbaycandan üzr istəsə də, maraqlıdır ki, necə olur dronun istifadəsinə icazə verir?
- Mən onu bilmirəm. Yəqin ki, məxfi şəkildə keçiriblər. Çünki onların səmimiyyətinə inanıram. Paltardəyişmə otağının qarşısında onların idman naziri bizimlə söhbət etdi. Dedi ki, məsələ ilə heç bir bağlılığımız yoxdur, üzr istəyirik və bir daha təkrarlanmayacaq. Mən onun səmimiyyətinə inandım. Biz mərkəzdə durduq, düşündük ki, bayrağı mərkəzə endirmək istəyirlər. Uşaqlarla danışdıq, qarşımıza məqsəd qoyduq ki, yerə endirməsin. Əlim çatmayan hündürlükdə nə qədər istəyir, qoy fırlasın, amma əlimiz çatan yerdə fırlanmasın. Ona görə mərkəzdə dayanmışdıq, oradan getmirdik ki, bəlkə də niyyətləri mərkəzə endirməkdir. Ancaq niyyətləri nə idi, nə etmək istəyirdilər, heç özləri də bilmirdilər (sportinfo.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
11:00
"Turan" Çempionlar Liqasında növbəti oyununa çıxır
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
03.11.2026
02.11.2026
01.11.2026
























